Landau Education Group
Ana səhifə
/
/
/
Nizam-intizam işləri üzrə müavin (Landau school - Hazırlıq Məktəbi)

Nizam-intizam işləri üzrə müavin (Landau school - Hazırlıq Məktəbi)

Bu gün

22

Təsvir

  • Məktəbin daxili intizam və davranış qaydalarının icrasına nəzarət edilməsi;
  • Şagirdlərin dərsə vaxtında gəlməsi, davamiyyəti və ümumi davranışına gündəlik nəzarətin aparılması;
  • Qayda pozuntuları üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Dərs intizamının təmin olunması məqsədilə müəllim heyəti və tədris rəhbərliyi ilə əməkdaşlıq edilməsi;
  • Şagirdlər arasında etik davranış, məsuliyyət və hörmət mövzularında maarifləndirici görüşlərin keçirilməsi;
  • Davranış problemlərinin həlli istiqamətində valideynlərlə görüşlərin təşkili və əməkdaşlıq aparılması;
  • Daxili intizam qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Fasilələr zamanı şagirdlərin davranışına nəzarət edilməsi;
  • Məktəb binası və ətraf ərazidə nizam-intizamın qorunmasına nəzarət olunması.


Tələblər

  • Pedaqogika, Psixologiya, Sosial İş və ya İdarəetmə sahəsi üzrə ali təhsil;
  • Təhsil və ya sosial sahədə minimum 2–3 il iş təcrübəsi;
  • Şagird psixologiyası, etik ünsiyyət və konflikt idarəetməsi üzrə biliklər;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı;
  • Güclü ünsiyyət və konfliktlərin həlli bacarığı;
  • Liderlik, nəzarət və komanda ilə işləmək bacarığı;
  • Valideyn və müəllimlərlə effektiv əməkdaşlıq bacarığı;
  • Yüksək etik davranış, dürüstlük və məxfilik prinsiplərinə sadiqlik.


Təqdim etdiyimiz iş şərtləri:


  • İş yeri: Landau school 9-11 Hazırlıq Məktəbi, Zabitlər parkı, Gənclik; 
  • Peşəkar inkişaf imkanları;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Uşaqlara məktəb endirimləri.
  • İş qrafiki: 6 günlük iş rejimi. I - V günlər 09:00 - 17:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı.

Vakansiya haqqında

Son tarix

July 30, 2026

Paylaşılıb

iyun 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə