Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə aparıcı mütəxəssis

İnsan Resursları üzrə aparıcı mütəxəssis

20-08-2025

746

Təsvir

  • Əmək münasibətlərinin - işə qəbul fəaliyyəti üzrə əmək müqavilələrin bağlaması, əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar əmək müqavilələrinə əlavələrin edilməsi və işdən çıxma proseslərinin düzgün icrasını təmin etmək;
  •  Əmək münasibətləri üzrə müvafiq əməliyyat proseslərinin qanunvericiliyinə uyğun olaraq Əmək və Məşğulluq Alt Sistemində düzgün aparılmasını təmin etmək;
  • Yeni ştatın/vakansiyanın açılması zamanı məşğulluq alt sistemində, vakansiya blankında müvafiq qeydlərin edilməsini təmin etmək;
  • Əməkdaşların SİMA, ASAN və ya Elektron imza vasitəsi ilə əmək müqavilələrinin və ya ona əlavələrin icra edilməsində texniki dəstək göstərmək;
  • İSB (İcbari sığota bürosu) üzrə məlumatların elektron sistemə daxil etmək;
  • İşçilərin əmək müqaviləsinə əlavələrin (Kommersiya, Tam maddi məsuliyyət müqaviləsi, vəzifə təlimatı və s.) tanış edilməsini təmin etmək və təsdiq edildikdən sonra şəxsi işlərinə əlavə etmək;
  • Əmək haqqı kart sifarişlərinin təmin edilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi;
  • İşçi fayllarının, şəxsi işlərinin və kadr sənədlərinin düzgün aparılmasını təmin etmək;
  • Məxfilik və gizlilik prinsipi gözlənilməklə işçilər haqqında əldə olunan məlumat və sənədlərin düzgünlüyünü və uyğunluğunu yoxlamaq, uyğunsuzluqlar və ziddiyyətlər müşahidə olunduğu halda birbaşa rəhbərə məlumat vermək;
  • İşçilərə dair bütün növ əmrlərin (işə qəbul, xitam, məzuniyyət, əmək haqqı və vəzifə dəyişikliyi, ezamiyyə göndərişləri və s.) qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmasını təmin etmək;
  • İşçilərin işə qəbul və əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq təhvil - təslim prosesinin təmin edilməsini yerinə yetirmək;
  • Əmək kitabçalarının hazırlanması və təqdim edilməsini təmin etmək;
  • Əmək qabiliyyətinin itirilməsinə dair sənədlərin (xəstəlik vərəqlərinin doldurulması, protokolların hazırlanması və s.) təmin etmək;
  • İşçilərin qismən ödənişli sosial məzuniyyətdən istifadə edilməsinə dair müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
  • İşçilərin xahişi ilə haqqında müvafiq sənədlərin (iş yerindən arayış, xasiyyətnamə və s) verilməsini təmin etmək;
  • İş qrafiki və giriş-çıxış qeydiyyatı üzrə işçilərin davamiyyətini - tabel uçot cədvəllərini düzgün tərtib etmək.

Tələblər

Təhsil: Ali;

Təcrübə: müvafiq sahə üzrə minimum 2 il;

Dil bilikləri: Azərbaycan dili - səlis, rus dili - üstünlükdür;

Kompyuter bilikləri: Excel, Word, PowerPoint;

Soft skills: Effektiv ünsiyyət, analitik düşüncə, öyrənməyə və yeniliyə açıq, stressə davamlı olmalı.


İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza;
  • Korporativ nömrə verilir.


Biz nə təklif edirik:         

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Şəhərin mərkəzində ofis;
  • Bonus sistemi;
  • Dinamik və gənc komanda ilə iş imkanı.    


Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Vakansiya haqqında

Son tarix

September 29, 2025

Paylaşılıb

avqust 20, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə