Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Prosesə və keyfiyyətə nəzarət üzrə mütəxəssis

Prosesə və keyfiyyətə nəzarət üzrə mütəxəssis

Bu gün

117

Təsvir

  • İstehsal müəssisəsində bütün istehsal proseslərinin təsdiq edilmiş prosedurlara və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət etmək;
  • İstehsal prosesinin bütün mərhələlərində texnoloji intizamın qorunmasına nəzarət etmək;
  • ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının istehsal müəssisəsində tətbiqinə riayət olunmasını təmin etmək;
  • Uyğunsuz materialların istehsalda istifadəsinin qarşısını almaq və bu barədə aidiyyəti şöbələri məlumatlandırmaq;
  • Proses zamanı məhsul keyfiyyətinə təsir edən göstəricilərin izlənilməsini təmin etmək;
  • Avadanlıqlarda daxili prosedurlara əsasən vaxtında düzgün təmir-baxım işlərinin aparılması, bununla bağlı qeydiyyatın aparılması işlərinə nəzarət etmək;
  • Qablaşdırılmış hazır məhsulun texniki tələblərə və keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlamaq;
  • Uyğunsuz hazır məhsulların ayrılmasını, işarələnməsini və qeydə alınmasını təmin etmək;
  • Hazır məhsulun anbara daşınmasını və saxlanma şəraitinin tələblərə uyğunluğunu yoxlamaq;
  • Nəqliyyat vasitələriə yükləmə zamanı məhsulun zədələnməsinə, düzgün yerləşdirilməsinə və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, düzəldici və önləyici tədbirlərin hazırlanmasında və icrasında iştirak etmək;
  • Keyfiyyətə nəzarət üzrə zəruri qeydləri aparmaq, gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq; 
  • Görülmüş işlər, aşkar edilmiş risklər və uyğunsuzluqlar barədə Keyfiyyətin idarə olunması şöbəsinə mütəmadi hesabat vermək;
  • Tələb olunduqda zəruri prosedur, form və çek-listlər hazırlayıb istehsal müəssisəsində istifadə olunmasını təmin etmək; 
  • İstehsal sahəsində keyfiyyətin davamlı yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.

Tələblər

  • Texniki ixtisas üzrə ali təhsil (magistr arzuolunandır);
  • Keyfiyyət sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini bilməsi;
  • MS Office, MS Excell, Outlook, Visio proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı;
  • Təlimlər/sertifikatlar: ISO 9001, ISO 14001, ISO 45001
  • Ölkədaxili və ölkəxarici ezamiyyət imkanları.


İş şəraiti:


  • İş qrafiki: 5 gün ;
  • Ünvan: "Avanqard" MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).


Biz nə təklif edirik:       

  

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
  • Dinamik və gənc komanda ilə iş imkanı.  

Vakansiya haqqında

Son tarix

March 2, 2026

Paylaşılıb

yanvar 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak