Prime Cotton
Ana səhifə
/
/
/
Aran regional zonası üzrə Baş energetik

Aran regional zonası üzrə Baş energetik

Dünən

166

Bağlanılıb

Təsvir

  • Energetika işini təmin etmək üçün qaz, su və elektriklə bağlı problemlərin həll edilməsi;
  • Energetika sahəsinə dair layihələrin hazırlanması və idarə edilməsi;
  • Energetika sahəsinə aid smetaların hazırlanması;
  • Energetika sərfiyyatına nəzarət;
  • İstehsalat obyektlərinin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər hazırlamaq;
  • Elektrik sınaq labaratoriya avadanlıqlarının düzgün istifadəsi və istismarının təşkili;
  • Qazanxana avadanlığına zamanında xidmət etmək və avadanlığın işinə nəzarətin etmək;
  • Tabeçiliyində olan əməkdaşların sahə üzrə texniki biliyinin yoxlanılması, əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğından mühafizə qaydaları üztə təlimlərin keçirilməsi, təhlükəsizlik qruplarının verilməsi.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Tələblər

  • Müvafiq sahədə 5 illik təcrübə;
  • Elektrik energetikası və istilik energetikasının əsaslarını bilmək;
  • Elektrotexnikanın, NÖC və elektronikanın əsaslarını bilmək;
  • Energetika xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
  • Qaz, su və elektrik avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi və onların istismar qaydaları üzrə biliklər.

Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

noyabr 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı