MKT İK MMC
Ana səhifə
/
/
/
Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis

Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis

  • MKT İK MMC
  • 95 Heydər Əliyev prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

10-09-2024

2.3K

Bağlanılıb

Təsvir

  • Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərlə bağlı məlumatların əldə edilməsi üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə müsahibələrin keçirmək və proseslər üzərində müşahidə və xronometraj aparmaq;
  • Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Biznes proseslərin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), prosedurlar, məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədləri hazırlamaq;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanmasının təşkili və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək;
  • Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq;
  • Təsdiq edilmiş normativ-tənzimləyici sənədlərin müvafiq hədəf kütləyə (əlaqədar struktur bölmələr və digər maraqlı tərəflər) çatdırılmasını təmin etmək.


ƏLAVƏ MƏLUMAT:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Beş günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Tələblər

Texniki biliklər və Bacarıqlar:

  • Sənaye mühəndisliyi, Biznesin idarə olunması, İqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı;
  • Biznes proseslərin idarə olunması, əməliyyat araşdırması sahələrində bilik və bacarıqların olması arzu olunandır;
  • Biznes proseslərin analizi və yenidən layihələndirilməsi metodları;
  • Axış diaqramları və blok sxemlərin tərtib edilməsi bacarığının olması; (BPMN v2.0 və UML v2.5 biliklərinin olması üstünlükdür)
  • MS Office (Word, Excel, Power point) proqramlarını yüksək səviyyədə istifadə edə bilmək; (MS Visio proqramından istifadə bacarığının olması üstünlükdür)
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Yüksək səviyyədə kommunikasiya bacarıqlarına və konfliktləri idarə edə bilmə qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.


Səriştələr:

  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.

Vakansiya haqqında

Son tarix

oktyabr 9, 2024

Paylaşılıb

sentyabr 10, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı