Prime Cotton
Ana səhifə
/
/
/
İstehsalat rəisi (Sumqayıt)

İstehsalat rəisi (Sumqayıt)

  • Prime Cotton
  • 2 Sülh küçəsi, Sumqayıt 5004, Azərbaycan
  • Tam ştat

Dünən

178

Təsvir



  • İstehsalın gedişinin əməli tənzimlənməsini, onun təşkilini və texnologiyasının təkmilləşdirilməsini və bunun əsasında tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinin əldə edilməsini təmin etmək;
  • İşin istehsal təqvim planının işlənməsini və onun yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
  • Müəssisənin istehsal fəaliyyətinə və onlar tərəfindən inşaat konstruksiyalarının və məmulatlarının buraxılış qrafikinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Əmək şəraitinin yaxşılaşdırılmasının kompleks planlarının tərtibində və onun realizasiyasında iştirak etmək;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarında səmərəli istifadə olunmasını təmin etmək;
  • İstehsalın təşkilini təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təşkil etmək;
  • Bütün ehtiyatlardan qənaətlə istifadə olunmasına nəzarət etmək;
  • Məhsulun maya dəyərinin və əmək sərfinin aşağı salınması üzrə işlər aparmaq və təkliflər hazırlamaq;
  • Daxil olan sifarişlər və xammal ehtiyatlarına nəzarət etmək;
  • Fabrikin istehsalat fəaliyyətini əks etdirən hesabatları hazırlayaraq rəhbərinə təqdim etmək;
  • Avadanlığın tənzimlənməsinə nəzarət etmək, ayarlarının tələbə və ehtiyaca görə dəyişdirmək;
  • İstehsalat prosesində iştirak edəcək olan kadrların seçilməsi prosesində iştirak etmək,onların düzgün yerləşdirilməsi və məqsədəuyğun istifadə edilməsinə təkliflər vermək;
  • Rəhbərlik etdiyi sahənin funksional işçilər arasında iş bölgüsünü aparmaq,aylıq növbələr üzrə davamiyyət cədvəlini hazırlamaq;
  • Rəhbərlik etdiyi sahənin funksional işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə etmək, onların həll edilməsi üçün tapşırıqlar vermək.

Tələblər


Təhsil və təcrübə:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi.


Səriştə və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Düzgünlük;
  • Liderlik.
  • Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.


Əlavə məlumat:

  • İş qrafiki: Altıgünlük;
  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2.


Vakansiya haqqında

Son tarix

dekabr 16, 2024

Paylaşılıb

noyabr 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı