MKT İK MMC
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri

Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri

19-04-2024

1.4K

Təsvir

  • Şirkətin istehsal etdiyi məhsullar üzrə tətbiq olunan beynəlxalq, regional və milli standartlardan məlumatlı olmaq, müvafiq standartların tələblərini öyrənmək və şirkətdə tətbiqini təmin etmək;
  • Müvafiq beynəlxalq, regional və milli standartlar, o cümlədən müştəri tələbləri əsasında istehsal edilən məhsullarla bağlı daxili standartları hazırlamaq və bu standartların tətbiqini təmin etmək;
  • Tətbiq olunan standartlar, texniki şərtlər, o cümlədən müştəri tələbləri və müqavilə şərtlərinə müvafiq olaraq istehsal edilən məhsulların keyfiyyətinə nəzarəti təşkil etmək;
  • Keyfiyyətə nəzarət fəaliyyətlərini (inspeksiya, analizlər, təftiş və s nəzarət tədbirləri) təşkil etmək və bu fəaliyyətlərin icrasına nəzarəti həyata keçirmək;
  • Keyfiyyətə nəzarətlə bağlı daxili normativ sənədləri (siyasət, qayda və təlimatları) hazırlamaq və tətbiqini həyata keçirmək;
  • Keyfiyyətə nəzarət şöbəsinin effektiv fəaliyyətini təşkil etmək, şöbənin əməkdaşlarının təlim və inkişafını təmin etmək, şöbənin fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • Xammal və materialların təchizatı, saxlanması, istehsalat prosesi, o cümlədən hazır məhsulların saxlanması proseslərində keyfiyyətə nəzarət nöqtələrini təyin etmək və bu nöqtələrdə keyfiyyətə nəzarəti təmin etmək;
  • Keyfiyyətə nəzarət fəaliyyəti ilə bağlı zəruri qeydlərin toplanması və saxlanmasını təmin etmək. Keyfiyyətə nəzarət fəaliyyəti ilə əlaqədar informasiya sistemlərinin yaradılması və inkişafına dəstək vermək;
  • Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemləri aşkar etmək;
  • İstehsal edilmiş məhsulların keyfiyyəti ilə bağlı müştəri şikayətlərinin araşdırılmasında iştirak etmək;
  • Mütəmadi qaydada keyfiyyətə nəzarət sisteminin effektivliyinin auditini aparmaq və problemləri müəyyən etmək;
  • Keyfiyyətə nəzarətlə bağlı müvafiq qabaqlayıcı və düzəldici fəaliyyətləri müəyyən etmək və bu fəaliyyətlərin icrasını təmin etmək;
  • Keyfiyyətə nəzarətin təmin edilməsi və keyfiyyətin yüksəldilməsi, keyfiyyət problemlərinin aradan qaldırılması üçün həll yollarını tapmaq üçün digər müvafiq struktur bölmələrlə əməkdaşlıq etmək.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Tələblər

Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təcrübə: Kənd təsərrüfatı, Tekstil sektorunda təcrübəyə üstünlük veriləcək;

Texniki biliklər:

  •  MS Office (Word, Excel, Power Point, Outlook);
  •  Sahə üzrə peşəkar kvalifikasiya sertifikatlarının olması üstünlük hesab ediləcək;
  •  Keyfiyyətə nəzarətlə bağlı beynəlxalq standartlarla tanışlıq və onların tələbləri üzrə dərin biliklərə malik olma;
  •  Data analitikası və Statistik təhlil bacarıqlarının olması.

Bacarıqlar:

  • Analitik qabiliyyətlər;
  • Araşdırma qabiliyyəti;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Liderlik qabiliyyəti;
  • Yüksək dərəcədə dəqiqlik və məsuliyyətlilik.

 

Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

aprel 19, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı