Pasha Malls

Elektrik

  • Pasha Malls
  • 153 Neftçilər Prospekti, Bakı 1010, Azərbaycan
  • Tam ştat

26-07-2024

519

Bağlanılıb

Təsvir

•    Nəzarətçilər tərəfindən tələb edilən bütün elektrik işləri ilə bağlı tapşırıqları standartlara uyğun olaraq aparmaq;

•    Bütün elektrik paylayıcı qurğuların və paylayıcı şəbəkələr və sistemlərinin yoxlanılması, təmizlənməsi, texniki baxışdan keçirilməsi və təmiri;

•    Elektrik işıqlandırıcıları və fluoresent lampalarını dəyişdirmək;

•    Bütün işıqlanlandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırılma alətlərini quraşdırmaq, yoxlamaq, texniki baxışını həyata keçirmək və təmir etmək;

•    Qəza hallarda istifadə edilən elektrik enerjinin və adi enerji təminatı sistemlərinin texniki baxışı;

•    Elektrik motorları və nəzarət nöqtələrinin xidmətə verilməsi;

•    Bütün elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq;

•    İşdə bütün SƏTƏMM norma və qaydalardan agah olmaq və onlara riayət etmək;

•    İş yerini, habelə yerinə yetirdiyi tapşırıqlardan sonra ətrafı təmizlikdə saxlamaq;

•    Uniformanı təmiz saxlamaq;

•    Qəza hallarında yuxarıda təsvir edilən vəzifə öhdəliklərindən kənar tələb edilən tapşırıqlarıyerinə yetirmək.

Tələblər

  • Texniki diplom, və ya elektrik sertifikatı
  • Elektrik kimi ən azı 3 il iş stajı


Vakansiya haqqında

Son tarix

sentyabr 4, 2024

Paylaşılıb

iyul 26, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

730 - 735 AZN

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı