MKT İK MMC
Ana səhifə
/
/
/
Qaraj müdiri (Zərdab)

Qaraj müdiri (Zərdab)

02-09-2024

2.4K

Bağlanılıb

Təsvir



  • Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
  • Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
  • Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
  • Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
  • Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət;
  • Təmir xərclərin optimallaşdırmasına nəzarət;
  • Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
  • Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;  
  • Xidmət barədə rəhbərliyə hesabat verir;
  • Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.


Tələblər

  •  Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  •  Müfaviq sahədə (oxşar sahədə) 5-10 illik iş təcrübəsi;
  •  Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Sürücülük vəsiqəsi;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

oktyabr 1, 2024

Paylaşılıb

sentyabr 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı