MKT İK MMC
Ana səhifə
/
/
/
Xam pambıq təsnifatçısı

Xam pambıq təsnifatçısı

20-09-2024

128

Təsvir

Müəssisənin anbarında olan toxumluq çiyidin və texniki çiyid məhsullarına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaratmaq;

Məhsulun tədarükü zamanı vaxt itkisinin aradan qaldırılması üçün sənədləri rəsmiləşdirmək;

Müəssisədə texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, hazır məhsulların işlənib hazırlanmasında iştirak etmək;

Xam-pambığın fermerlərdən qəbuluna nəzarət edir, məhsulun buntlarda saxlanması və emalı üçün lazımı sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat aparmaq;

Gizlilik tələb edən məlumatların qorunmasından məsuldur. 

Lazımı sənədlərin düzgün və vaxtında hazırlanmasından məsuldur.

Tələblər

Təhsil: Ali, orta-ixtisas təhsili

Təcrübə: 3 il

Dil Bilikləri: Azərbaycan, Rus dili

Kompyuter bilikləri: MS Office proqramları bilikləri

Texniki Bilikləri:

1.     Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;

2.     Məhsulun keyfiyyət xüsusiyyətlərinin müəyyən olunması metodları;

3.     Müəssisənin anbar təsərrüfatının təşkili;

4.     Müəssisədə malların göndərilməsi və qəbul olunması, saxlanılması daşınması qaydaları;

5.     AR Əmək Məcəlləsinin əsaslarını bilmək;

6.     Müəssisənin direktorunun əmr və göstərişlərini icra etmək.

Vakansiya haqqında

Son tarix

oktyabr 19, 2024

Paylaşılıb

sentyabr 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı