MKT İK MMC
Ana səhifə
/
/
/
Sətəm üzrə mütəxəssis (Ağdam)

Sətəm üzrə mütəxəssis (Ağdam)

30-05-2024

279

Təsvir

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
  • Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
  • Kənd təsərrüfatı texnikasının istismarı və təmiri zamanı SƏTƏM qaydalarına əməl olunmasına nəzarət edir;
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir;
  • Təbii mühitin qorunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil edir və müvafiq arayış və hesabatlar hazırlayır;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət edir;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
  • İş planında və kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir;
  • Obyektlərin səs, vibrasiya, zərərli qaz, şualanma səviyyəsinin və s. ölçülməsinə nəzarət edir;
  • İş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edir;
  • Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə keçirir;
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə müvafiq ış yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərir;
  • İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir;
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ huquqi aktların tələbləri səviyyəsinə çatdırılması istiqamətində tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir;
  • Qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının işində iştirak edir;
  • Qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil edir, işçilərə təhlükəsiz iş üsulların öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım edir;
  • Əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət edir, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər verir, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə rəhbərliyə təqdimat verir;
  • İş fəaliyyətini Əmək Məcəlləsi, əməyin mühafizəsi ilə bağlı norma və qaydalar və digər əlaqəli qanunvericilik aktlarına uyğun təşkil edir;
  • Əməyin mühafizəsi işləri üzrə işləyib hazırladığı sənədləri baş mühəndislə müvafiq qaydada razılaşdırır;
  • Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak edir. Müəssisə rəhbərləri ilə birlikdə hadisənin səbəblərini təhlil edir və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görür;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.


Ünvan - Ağdam.

Tələblər

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • AR Əmək Məcəlləsinin əsaslarını bilmək;
  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Kənd təsərrüfatı sistemində işləyə bilmə bacarığı.


Vakansiya haqqında

Son tarix

iyun 29, 2024

Paylaşılıb

may 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı