Milli Kibertəhlükəsizlik Agentliyi
Ana səhifə
/
/
/
Leading Specialist (SOC Automation Engineer)

Leading Specialist (SOC Automation Engineer)

Bu gün

11

Təsvir

  • SOAR platformasında təhlükəsizlik hadisələrinin qeydiyyatı, əlavə məlumatlarla zənginləşdirilməsi, əlaqələndirilməsi, yönləndirilməsi və eskalasiyası üzrə avtomatlaşdırılmış ssenarilərin hazırlanması və təkmilləşdirilməsi;
  • SIEM, hadisələrin idarə edilməsi, təhdid kəşfiyyatı və bildiriş sistemləri arasında API inteqrasiyalarının qurulması, sazlanması və fasiləsiz işləkliyinin təmin edilməsi;
  • Avtomatlaşdırma ssenarilərinin işə düşmə şərtlərinin, istifadə olunan məlumat mənbələrinin, qərarvermə məntiqinin, icra nəticələrinin və tələb olunan səlahiyyətlərin sənədləşdirilməsi, həmçinin əl ilə icra prosedurlarının müəyyən edilməsi;
  • Ssenarilərdə xətaların, gecikmələrin, natamam məlumatların və inteqrasiya olunan xidmətlərin əlçatmazlığının nəzərə alınması, təkrar əməliyyatların qarşısının alınması mexanizmlərinin tətbiqi;
  • Ssenarilərin versiyalarının və dəyişiklik tarixçəsinin idarə edilməsi, texniki hesablar üçün minimum zəruri səlahiyyət prinsipinin tətbiqi və məxfi məlumatların, API açarlarının təhlükəsiz saxlanmasının təmin edilməsi;
  • Avtomatlaşdırma ssenarilərinin normal, xəta və yüksək yük şəraitində sınaqdan keçirilməsi, geri qaytarma mexanizmlərinin yoxlanılması və nəticələrin SOC analitikləri ilə birgə qiymətləndirilməsi;
  • Avtomatlaşdırılmış proseslərin monitorinqinin təşkili, icra jurnallarının, xətaların və gecikmələrin izlənilməsi, risk yaradan ssenarilərin dayandırılması və aidiyyəti şəxslərin vaxtında məlumatlandırılması;
  • Təsdiqlənmiş süni intellekt alətlərinin istifadəsi zamanı nəticələrin mənbələrinin və qeyri-müəyyənlik səviyyəsinin göstərilməsi, müxtəlif qurumlara aid məlumatların məxfiliyinin və ayrılığının qorunması, insan nəzarətinin təmin edilməsi;
  • Avtomatlaşdırmanın əməliyyat vaxtına, işin keyfiyyətinə və təhlükəsizlik risklərinə təsirinin qiymətləndirilməsi, icra göstəriciləri üzrə aylıq hesabatların hazırlanması;
  • Avtomatlaşdırma ssenarilərinin reyestrinin və istifadə təlimatlarının aktual saxlanılması, dayandırma və bərpa prosedurlarının komanda üzvlərinə çatdırılması, cavab tədbirlərinin yalnız verilmiş səlahiyyətlər çərçivəsində icrası.


Tələblər

  • SOC əməliyyatları və insidentlərin təhlili: Təhlükəsizlik xəbərdarlıqlarının təhlili, əlaqəli hadisələrin korrelyasiyası, risk səviyyəsinə görə prioritetləşdirilməsi və eskalasiyası. MITRE ATT&CK çərçivəsi əsasında hücum taktika və texnikalarının müəyyən edilməsi, yanlış pozitivlərin aşkarlanması və avtomatlaşdırmaya uyğun əməliyyat addımlarının seçilməsi;
  • SOAR platformaları və playbook hazırlanması: Cortex XSOAR, Splunk SOAR, CrowdStrike Falcon Fusion SOAR və ya analoji platformalardan ən azı biri ilə işləmək bacarığı. Hadisələrin qeydiyyatı, zənginləşdirilməsi, yönləndirilməsi və eskalasiyası üçün çoxmərhələli playbook-ların hazırlanması və sazlanması. İşə düşmə şərtləri, qərar məntiqi, alt ssenarilər, giriş-çıxış məlumatları və təsdiq mərhələlərinin qurulması;
  • SIEM platformaları və sorğu dilləri: Ən azı bir SIEM platformasında (Splunk, Microsoft Sentinel və ya analoji sistem) işləmək, SPL, KQL, CQL və ya uyğun sorğu dili ilə axtarış və təhlil aparmaq bacarığı. Müxtəlif mənbələrdən alınan hadisə qeydlərinin korrelyasiyası, məlumat sahələrinin və zaman göstəricilərinin uyğunluğunun yoxlanılması, nəticələrin SOAR ssenarilərinə inteqrasiyası;
  • API və sistem inteqrasiyaları: REST API, HTTP/HTTPS, JSON, webhook, OAuth 2.0 və API tokenləri ilə işləmək üzrə biliklər. Hazır inteqrasiya modullarının sazlanması, səhifələmə (pagination), sorğu limitləri (rate limiting), autentifikasiya və bağlantı xətalarının idarə edilməsi;
  • Avtomatlaşdırma ssenarilərinin etibarlılığı: İcra müddəti limitlərinin, təkrar cəhdlərin (retry), gözləmə intervallarının və natamam məlumat hallarının idarə olunması. İdempotentlik mexanizmlərinin tətbiqi, təkrar icranın yaratdığı əlavə əməliyyatların qarşısının alınması, təhlükəsiz dayandırma və əl ilə icraya keçid mexanizmlərinin hazırlanması;
  • Sınaq, versiyalaşdırma və dəyişikliklərin idarə edilməsi: Avtomatlaşdırma ssenarilərinin normal iş, xəta və yüksək yük şəraitində sınaqdan keçirilməsi. Qəbul meyarlarının müəyyənləşdirilməsi, istifadəçi qəbulu sınaqlarının (UAT) aparılması, dəyişikliklərin təsirinin qiymətləndirilməsi, versiyalara nəzarət və geri qaytarma (rollback) planlarının hazırlanması;
  • Monitorinq və nasazlıqların diaqnostikası: Playbook-ların və inteqrasiyaların icra jurnallarının təhlili, uğurlu icra faizi, xəta sayı, emal müddəti və növbədəki tapşırıqların sayının monitorinqi. Xəbərdarlıq hədlərinin təyin edilməsi, nasazlıqların əsas səbəblərinin müəyyənləşdirilməsi və operativ aradan qaldırılması;
  • Məlumat təhlükəsizliyi və girişə nəzarət: Minimum zəruri səlahiyyət prinsipinin tətbiqi, texniki hesabların və API açarlarının təhlükəsiz idarə edilməsi, həssas məlumatların maskalanması, audit qeydlərinin aparılması və məlumatların saxlanma müddətlərinə riayət edilməsi. Müxtəlif qurumlara aid məlumatların məntiqi ayrılığının, məlumat ötürülməsinə məhdudiyyətlərin və kritik əməliyyatlar üzrə səlahiyyət yoxlamalarının təmin edilməsi;
  • Süni intellekt alətlərinin təhlükəsiz tətbiqi: AI/LLM alətlərinə ötürülən məlumatların və alınan nəticələrin yoxlanılması, nəticələrin mənbələrinin və qeyri-müəyyənlik səviyyəsinin göstərilməsi. Prompt injection, məlumat sızması və əsassız nəticələr risklərinin idarə edilməsi, kritik əməliyyatlarda insan nəzarətinin və məsul şəxsin təsdiqinin təmin edilməsi.

Vakansiya haqqında

Son tarix

November 19, 2026

Paylaşılıb

oktyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər