Milli Kibertəhlükəsizlik Agentliyi
Ana səhifə
/
/
/
Mütəxəssis (Strateji idarəetmə departamenti)

Mütəxəssis (Strateji idarəetmə departamenti)

Bu gün

20

Təsvir

  • Strateji idarəetmə üzrə metodoloji sənədlərin formalaşdırılması və yeni çağırışlara uyğunluğunun təmin edilməsi prosesində iştirak etmək;
  • Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində qurumdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirmək;
  • Milli strategiya və dövlət proqramları üzrə qurumun icraçı olduğu tədbirlərin icrası üzrə monitorinq və hesabatlıq prosesində iştirak etmək;
  • Dövrü olaraq qurumun strategiyasının formalaşdırılması istiqamətində strateji təhlillərin aparılması və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak etmək;
  • Strateji təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesində iştirak etmək;
  • Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlamaq, eləcə də, təşəbbüslərin icrası üzrə koordinasiyanı həyata keçirmək;
  • Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparmaq;

Tələblər

  • Strateji idarəetmə və biznes strategiyasının hazırlanması üzrə praktiki biliklər;
  • Layihələrin idarə edilməsi metodologiyaları üzrə praktiki biliklər;
  • Maliyyə və iqtisadi təhlil üzrə baza bilikləri;
  • Analitik təhlil, məlumatların şərhi və hesabatların hazırlanması üzrə bacarıqlar;
  • Təqdimatların hazırlanması və peşəkar yazılı kommunikasiya üzrə bacarıqlar.


İş qrafiki: Həftənin 5 günü (08:00-17:00 və ya 09:00-18:00).

Vakansiya haqqında

Son tarix

November 15, 2026

Paylaşılıb

oktyabr 16, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Məzun

Təhsil

Bakalavr

Kateqoriya

Digər