PASHA Bank
Ana səhifə
/
/
/
Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə Kiçik Mütəxəssisi

Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə Kiçik Mütəxəssisi

Bu gün

195

Təsvir

  • Avtomatlaşdırma imkanlarını və səmərəliliyin artırılmasını müəyyən etmək üçün mövcud biznes proseslərini təhlil etmək;
  • Avtomatlaşdırma üçün tələbləri toplamaq və prosesləri sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Təklif olunan avtomatlaşdırma layihələri üçün texniki-iqtisadi əsaslandırmaları və xərc-fayda təhlilini yenidən yoxlamaq;
  • Sənayedə aparıcı alətlər və texnologiyalardan istifadə edərək prosseslərin avtomatlaşdırılması və RPA həllərini dizayn edərək inkişaf etdirmək və həyata keçirmək;
  • Təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və prosesləri optimallaşdırmaq üçün prosseslərin avtomatlaşdırılması və robotexnika proqramını konfiqurasiya etmək;
  • Prosseslərin avtomatlaşdırılması və RPA həllərini mövcud sistemlər və tətbiqlərlə inteqrasiya etmək məqsədi ilə, funksional komandalarla əməkdaşlıq etmək;
  • Funksionallığı və dəqiqliyi təmin etmək üçün robotlarının sınağını və keyfiyyət təminatını həyata keçirmək;
  • Prosesin axınını, texniki spesifikasiyaları və sınaq planları daxil olmaqla, proses sənədlərini hazırlamaq və qorumaq;
  • RPA robot istifadəçilərini təlimlərlə təmin etmək və dəstək olmaq;
  • RPA robot performansını izləmək və qiymətləndirmək, problemləri həll etmək və təkmilləşdirmələr üzrə təklif vermək.

Tələblər

  • Maliyyə, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Qeyd olunan sahələr üzrə 1 ildən çox iş təcrübəsi: Biznes Analitika, Proseslərin təkmilləşdirilməsi, Proseslərin avtomatlaşdırılması və robotexnika;
  • Avtomatlaşdırma təşəbbüslərini idarə etmək üçün məlumat toplamaq və şərh etmək bacarığı ilə əla analitik bacarığı;
  • Biznes prosesləri haqqında anlayış;
  • Müxtəlif komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək və ünsiyyət bacarıqları;
  • Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma dillərində təcrübə üstünlükdür;
  • Prosseslərin avtomatlaşdırılması və RPA alətləri və ya proseslərin təkmilləşdirmə metodologiyaları (məsələn, Six Sigma) üzrə sertifikatlar arzuolunandır;
  • Dil bilikləri: Rus və ya İngilis dili biliyi (Qeyd: Bütün sənədlər yalnız ingilis dilindədir).

Vakansiya haqqında

Son tarix

noyabr 27, 2024

Paylaşılıb

oktyabr 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə