PASHA Bank

Data Mühəndisi

Bu gün

118

Təsvir

İşiniz nədən ibarətdir?


  • ETL proseslərinin layihələndirilməsi, inkişaf etdirilməsi və dəyişiklərin icrasına kömək etmək;
  • Data Platformasını və data modelini inkişaf etdirmək və gündəlik tapşırıqları düzgün şəkildə icra etmək;
  • Yeni SQL sorğuların yazılmasını və optimallaşırılmasını təmin etmək. Biznesin ehtiyacları çərçivəsində yeni data modellərin yaradılması və inkişaf etdirilməsini təmin etmək;
  • Yeni ETL məlumat axınlarını yaratmaq və mövcud axınların monitor edilməsi ilə yaranmış problemlərin vaxtı vaxtında analiz olunub aradan qaldırılması və təkrar baş verməməsini təmin etmək;
  • Məlumat axınının qurulması və optimallaşdırılması, məlumat sistemlərinin optimalladırılmasını aparmaq;
  • Data Platformasının və dataların təhlükəsizliyini təmin etmək üçün alətlər üzərindəki boşluqların təyin olunması və aradan qaldırılması üçün əlaqəli komadalarla müzakirə edib həll olunmasını təmin etmək;
  • Data əsaslı bir şirkət olmaq yolunda mövcud data platformasının optimallaşdırılmasında kömək edən məlumat arxitekturası və məlumat təhlükəsizliyi siyasətinə uyğun olaraq məlumat modellərinin qurulmasında iştirak etmək;
  • Məlumatla əlaqəli texniki məsələlərdə kömək etmək və onların məlumat infrastrukturu ehtiyaclarını dəstəkləmək üçün daxili müştəri, Data arxitektor, Data İdarəetməsi, Data Analitik komandası da daxil olmaqla maraqlı tərəflərlə işləmək və məlumat sistemlərimizin daha çox funksionallığı üçün çalışmaq;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya müvafiq sahədə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Data mühəndisliyi və ya əlaqəli sahədə 2-5 il təcrübə
  • Texniki tələblər:

-       ETL Prinsipləri: ETL data axınlarının qurulması üzrə təcrübəli olmaq.

-       SQL: Məlumatların sorğusu üçün yaxşı səviyyədə SQL bilikləri.

-       PL/SQL: PL/SQL və ya digər proqramlaşdırma dilləri üzrə təcrübəli olmaq.

-       OOP: Obyekt yönümlü proqramlaşdırma üzrə məlumatlı olmaq və OOP prinsiplərini bilmək.

-       Məlumatların Modelləşdirilməsi: Məlumatların modelləşdirilməsi üzrə təcrübəli olmaq.

-       Linux: Linux əməliyyat sistemi ilə işləmiş olmaq.

-       Məlumat Anbarı: Məlumatların data platformalarında modelləşdirilməsi və saxlanması konsepsiyaları haqqında məlumatlə və təcrübəli olmaq.

 

  • Üstünlük verilən bacarıqlar:

-       Python və ya Bash kimi skript dilləri ilə təcrübə üstünlükdür.

-       Java/Scala dillərindən hər hansı birini bilmək üstünlükdür.

-       Məlumatların inteqrasiyası alətləri ilə tanışlıq və təcrübəli olmaq üstünlükdür.

-       Paylanmış məlumatların işlənməsini(Distributed data processing) başa düşmək üstünlükdür.


  • Digər: Texniki bacarıqları öyrənmək və tətbiq edib inkişaf etdirmək üçün istəkli olmaq. Yaxşı problem həll etmə və detallara diqqət yetirmək bacarığı. Effektiv ünsiyyət və komandada işləmək bacarığı.



PAŞA Qrup (Maliyyə şirkətləri) əməkdaşlarının nəzərinə: Qeyd edilən vakansiyaya yalnız "PASHA INTERNAL MOBILITY" platforması vasitəsilə müraciət edə bilərsiniz. 🔗 Link: https://pashamobility.az/user/login


Vakansiya haqqında

Son tarix

November 19, 2025

Paylaşılıb

oktyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə