PASHA Bank
Ana səhifə
/
/
/
Sədərək filialının Rəhbəri

Sədərək filialının Rəhbəri

Bu gün

128

Təsvir

  • Müştərinin biznesi və fəaliyyət göstərdiyi sənaye / ticarət sahəsində son inkişafı anlayaraq biznes ehtiyaclarının və müvafiq satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştəri əlaqələrin inkişaf etdirilməsini;
  • Müvafiq limitlər çərçivəsində filialın satışları və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) görə məsuliyyət daşıması;
  • Filialda fəaliyyət göstərən əməliyyat bölmələrinin Baş Ofis (BO) tərəfindən hazırlanmış metodologiyalara ciddi riayət etməsinin monitorinqi;
  • BO tərəfindən hazırlanmış siyasət, qaydalar, prosedurlar və standartlara uyğun olaraq filial işçilərinin fəaliyyətinin effektivliyinin təkmilləşdirilməsi üçün imkanlar axtarışı;
  • Bankın xidmət standartlarına riayət edilməsi;
  • Ehtiyac yarandığı təqdirdə bankın məhsul və ya xidmətləri üzrə müştərilərə məsləhət verilməsi;
  • Müştərilər ilə görüşlərin, müzakirələrin və ya yazışmaların aparılması zamanı düzgün qeydiyyatın təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslı müştəri şikayətləri üzrə çevik və müvafiq tədbirlərin vaxtında görülməsi;
  • Filial işçilərin işə qəbul edilməsi;
  • İmza səlahiyyətində olan sənədlərin yoxlanılması və imzalanması, ABS-də limitlər çərçivəsində əməliyyatların, dəyişikliklərin təsdiqlənməsi;
  • ASAN İmza ilə işləmək (Elektron Gömrük Bəyannaməsi haqqında məlumatın əldə edilməsi və ya əlavə edilməsi, səlahiyyətləri çərçivəsində sənədlərin imzalanması).;
  • Filialların koordinasiyası funksiyası, habelə bankın digər struktur bölmələri ilə əməkdaşlığın təmin edilməsi;
  • Daxili və xarici audit, digər tənzimləyici orqanlar tərəfindən qaldırılmış tələb və sorğuların vaxtında həyata keçirilməsi;
  • Bütün fəaliyyət və əməliyyatların bankın komplayns qaydalarına uyğunluğunun təmin edilməsi;
  • Filialın görünüşünün Bankın nüfuzuna müsbət təsirinin təmin edilməsi;
  • Lazım olduqda BO-dan müvafiq təlimat alaraq öz fəaliyyəti çərçivəsində, müqavilələr, günün sənədləri, göndərilən məktubların və s. sənədlərin yoxlanılması və imzalanması;
  • Tabeçiliyində olan işçilərin davamlı olaraq kouçinqi və inkişaf etdirilməsi, illik və yarım-illik qiymətləndirilmənin həyata keçirilməsi.

Tələblər

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: 6+ il;
  • Texniki səriştələr: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
  • Yumşaq səriştələr: Liderlik bacarıqları, qərarvermə, analitik düşünmə, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Xarici dillər: Rus dili (orta), İnqilis dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office

 

 


Vakansiya haqqında

Son tarix

November 5, 2025

Paylaşılıb

sentyabr 26, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə