PASHA Bank
Ana səhifə
/
/
/
Ekspert (Tikinti sektoru üzrə)

Ekspert (Tikinti sektoru üzrə)

28-06-2024

330

Təsvir

  • Tikinti şirkətlərin bazarda olan reputasiyasının müəyyən olunması, layihə icra tarixçəsinin araşdırılması və qiymətləndirilməsi;
  • Yeni layihəyə daxil olmaq istədikdə planlamanın, o cümlədən layihənin icra edilməsi üçün lazımi təcrübənin texniki imkanların uyğunluğu haqqında rəy verilməsi. Şirkətlərin tərtib etdiyi icra qrafiklərinin reallığının ölçülməsi;
  • Mühəndis heyəti və texniki imkanlar haqqında ümumi məlumatın alınması və qiymətləndirilməsi;
  • Tenderlər üzrə veriləcək təkliflərin layihənin həcminə və şirkətin həcminə uyğunluğu, o cümlədən tenderi qazanılmış layihələrdə digər bank məhsulları ilə maliyyələşmə sifarişi vardırsa, mövcud və ya potensial risklərin əvvəlcədən müəyyən edilməsi;
  • Davam etməkdə olan layihələrin ilkin planlamaya (yenilənmiş planlamaya) uyğun davam edib-etməməsinin yoxlanılması, problemlər olduqda səbəblərinin araşdırması;
  • Davam etməkdə olan layihələrin ilkin planlamaya (yenilənmiş planlamaya) uyğun davam edib-etməməsinin yoxlanılması, problemlər olduqda səbəblərinin araşdırması;
  • Şirkət tərəfindən layihə üzrə işlərin icra edilməsinə dair proqnozlaşdırılan gəlirin qiymətləndirilməsi uyğun olmadıqda gözlənilən satış həcminin müəyyən olunması. (Yəni ekspert şirkətin proqnozu ilə razılaşmadığı halda, real hesab edilən satış həcmi proqnozunun verilməsi);
  • MTK bazarı ilə bağlı mənzil və obyekt yerlərinin lokasiyadan asılı olaraq satış trendi və qiyməti ilə bağlı ətraflı rəy verilməsi;
  • İdarə heyətinin tələblərinə əsasən texniki-iqtisadi əsaslandırma hesabatlarının hazırlanması;
  • Satış komandası ilə birgə çalışaraq müştəri məmnuniyyəti yaratmaq üçün effektiv həll yollarının müştəriyə təqdim edilməsi;
  • Tikinti sahəsinə aid məhsulların keçmiş və gözlənilən qiymət trendləri ilə bağlı periodik olaraq, bazar araşdırmasının edilməsi.


Tələblər

·       Xarici dillər: İngilis (Orta)

·       Kompüter bilikləri: Microsoft Office

·       Bazar üzrə biliklər: Tikinti sahəsi üzrə biliklər

·       Digər: Güclü ünsiyyət bacarığı

Vakansiya haqqında

Son tarix

iyul 30, 2024

Paylaşılıb

iyun 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə