PASHA Bank
Ana səhifə
/
/
/
Girovların İdarə Edilməsi şöbəsinə Mütəxəssis

Girovların İdarə Edilməsi şöbəsinə Mütəxəssis

  • PASHA Bank
  • PASHA Bank OJSC, 15 Yusif Mammadaliyev St, Baku 1005, Azərbaycan
  • Tam ştat

02-07-2024

1.5K

Remote

Təsvir

İşiniz nədən ibarətdir?


  • Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması;
  • Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması;
  • Şərtlərə nəzarət və icra olunması (kredit verildikdən sonra bank tərəfindən müştəri üçün müəyyənləşdirilən şərtlərin həyata keçirilməsi);
  • Qiymətləndirilmə şirkətlərinə nəzarət edilməsi, idarə və müşahidə olunması;
  • Girovların sığortalanmasına nəzarət və koordinasiya;
  • Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
  • Requlyatorun tələblərə əsasən girov portfelinin idarə olunmasına nəzarət;
  • Girovların qiymətləndirilməsi və monitorinqinin proses və prosedurlarının Bankın Risk siyasətinə uyğun inkişaf etdirilməsi;
  • Girov Portfelinin idarə edilməsi ilə əlaqədar digər məsələlər (İH, KK, direktor və şöbə rəhbəri tərəfindən verilən bütün tapşırıqların yerinə yetirilməsi. Bankın digər departamentləri tərəfindən verilən icarə haqlarının qiymətləndirilməsi, tikinti xərclərinin hesablanması, qiymətləndirilmə təkliflərini nəzərdən keçirilməsi və icrası);
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.


Tələblər

Tələblər:


  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: 2 il;
  • Lisenziya / Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA FA üzrə sertifikatların olmasına üstünlük verilir;
  • Xarici dillər: İngilis və ya Rus;
  • Kompüter bilikləri: MS Office, Excel, Word və s;
  • Bazar üzrə biliklər: Tələb olunur;
  • Başqa tələblər: Daşınmaz əmlak, avadanlıqlar üzrə texniki biliklər, tikinti, əmlak bazarı, kəmiyyət üzrə araşdırma.


Vakansiya haqqında

Son tarix

iyul 31, 2024

Paylaşılıb

iyul 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə