Yeni işçilərin qeydiyyatı: bankdaxili sistem vasitəsilə işə qəbul və vəzifə dəyişikliyi sorğularının analiz edilməsi, müvafiq sənədlərin yoxlanması, sorğunun aidiyyəti strukturlara göndərilməsi;
Təsdiqlənmiş struktura əsasən ƏMAS və SF-də vəzifələrin yaradılması, rəhbərlərin tanıdılması;
İşə qəbul və vəzifə dəyişiklikləri proseslərinin ƏMAS və SF-də icrası, struktur bağlılıqlarının təmin edilməsi;
İR Biznes partnyordan daxil olan müraciətə əsasən bankdaxili sistemdə sorğuların yaradılması və aidiyyəti strukturlara yönəldilməsi;
Yaradılmış və tamamlanmış sorğuya əsasən əmək haqqıdan tutulmaların dəqiqləşdirməsi və əmək haqqı üzrə mütəxəssisə bildirilməsi;
Əmək müqaviləsinə xitam verilməsi, prosesin SF və ƏMAS-da icra edilməsi;
Xitam prosesi SAP-yə inteqrasiya olunduqdan, işçinin təhvil təslim prosesi tamamlandıqdan sonra sənədləşmə işlərinin tamamlanması;
Sosial məzuniyyətə ayrılan və geri qayıdan əməkdaşlar üçün bankdaxili sistemdə sorğunun yaradılması;
İşçi məlumatlarının və əməliyyatlarının SF və SAP proqramları arasında inteqrasiyasının təmin edilməsi, uyğunsuzluq hallarında düzəlişlərin icra edilməsi və ehtiyac olduğu təqdirdə podradçı şirkətə müraciət edilməsi;
Aktiv işçilərin şəxsi işlərinin ölkə qanunvericiliyinə və daxili qaydalara əsasən saxlanması;
İR prosesləri ilə bağlı daxil olan bütün sorğuların müəyyən edilmiş zaman çərçivəsində cavablandırılması;
Təcrübəçi və xidməti müqavilələr üzrə çalışan işçilərin şəxsi işlərinin saxlaması və onların SAP sistemində qeydiyyatının aparılması (işə qəbul, işdən çıxma və digər dəyişikliklər);
İR əməliyyatı proseslərinin, prosedur, təlimat və qaydaların hazırlaması, təkrar nəzərdən keçirilməsi, optimallaşdırması və avtomatlaşdırması;
Yeni işçilərin sınaq müddətinin və illik əmək müqavilələrinin bitmə vaxtının monitorinqi və müvafiq İR Biznes partnyorunun vaxtında məlumatlandırması;
Bank əməkdaşları üçün nəzərdə tutulan İR prosesləri üzrə məlumatlandırma təqdimatlarında iştirak və aidiyyəti proseslərlə bağlı sorğuların cavablandırılması;
Əmək haqqı hesablanmasında şöbədaxili həmkarlara dəstək, səhvlərin aşkarlanması və aradan qaldırılması, əməkdaşlardan gələn sualların cavablandırılması;
Əmək və xidməti müqavilələrin tərtib edilməsi.
Tələblər
Təhsil: müvafiq sahə üzrə Bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: İR əməliyyat, kadr kargüzarlığı üzrə 1-2 il;
Xarici dillər: İngilis dili (səlis);
Kompüter bilikləri: MS Office proqramları, SAP (arzuolunandır);
Digər tələblər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik.