PASHA Bank
Ana səhifə
/
/
/
Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə mütəxəssis

Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə mütəxəssis

Bu gün

63

Təsvir

  • Yeni kibertəhlükəsizlik həlləri və funksionallıqları üzrə texniki tələbləri hazırlamaq və onların tətbiqini həyata keçirmək
  • Mövcud kibertəhlükəsizlik sistemlərinə dəstək vermək
  • Sistem konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“security hardening”)
  • Qəbul edilmiş qaydalara əsasən dəyişiklik, insident və problem tipli tiketlərin qeydiyyatını və icrasını aparmaq
  • Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
  • Təhlükəsizlik sistemlərinin fasiləsiz işləməsini təmin etmək
  • Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək
  • Qəbul edilmiş siyasət, təlimat və standartlara uyğun olaraq sistemlərin administrasiyasını həyata keçirmək (patçların və yeniləmələrin quraşdırılması, monitorinqi etc.)
  • Müvafiq hesabatların hazırlanmasını təmin etmək
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında daim sistemləri inkişaf etdirmək
  • Kibertəhlükəsizlik sistemləri üzrə texniki sənədləşməni aparmaq


Tələblər

Tələb olunan bilik, bacarıq və təcrübə:


  • Təhsil: Kompüter elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi:  Kibertəhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
  • Lisenziya / Sertifikat: Kibertəhlükəsizlik və İT sahəsi üzrə sertifikatlar arzuolunandır
  • Xarici dillər: İngilis dili (texniki səviyyədə Yaxşı)
  • Windows və/və ya Linux ƏS administrasiyası üzrə billik və bacarıqlar
  • Şəbəkə protokolları və təhlükəsizlik texnologiyaları haqqında biliklər
  • Kibertəklükəsizlik sistemlərinin administrasiyası və istifadəsi üzrə təcrübə (məsələn, PAM, Endpoint Security, Email Security, M365 and Azure AD, DLP, MDM, CSPM və s.)

Başqa tələblər:

  • Şifahi və yazılı kommunikasiya bacarıqları
  •  Analitik və problem həll etmək qabiliyyəti
  •  Biliklərini komanda yoldaşları ilə bölüşmək
  •  Proses və prosedurlara əməl etmə
  •  Stresə davamlı
  •  Komanda şəklində effektiv işləmə bacarığı

Vakansiya haqqında

Son tarix

July 22, 2025

Paylaşılıb

iyun 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə