Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnmək;
Kredit təhlilinin aparılması üçün borcalandan müvafiq məlumatları almaq, verifikasiya etmək və yaranan hər hansı sual və ya məqamları borcalan ilə dəqiqləşdirmək;
Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə düzgün strukturun verilməsini təmin etmək;
Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflər vermək;
Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış etmək;
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasını həyata keçirmək, kredit reytinqini müəyyən etmək və müvafiq qərar vermək;
Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
Kredit Kontrol departamenti tərəfindən təqdim olunan müvafiq kredit reytinq cədvəlləri yoxlamaq, müştərilərə düzgün kredit reytinqini təsdiq etmək;
Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üzrə anderraytinqini operativ aparmaq və vaxtında icra edilməsini həyata keçirmək;
Kreditləşmə prosesi üzrə daxili təlimat, struktur, yanaşma və proseslərin təkmilləşdirilməsi məsələlərini qaldırmaq və ya bu məsələlərə müvafiq rəylər vermək.
Tələblər
Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir;
Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.