PASHA Bank
Ana səhifə
/
/
/
KOS Ənənəvi Bankçılığı Şöbəsinin Baş Kredit Risk Anderrayteri (Gəncə)

KOS Ənənəvi Bankçılığı Şöbəsinin Baş Kredit Risk Anderrayteri (Gəncə)

Bu gün

62

Təsvir

  • Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnmək;
  • Kredit təhlilinin aparılması üçün borcalandan müvafiq məlumatları almaq, verifikasiya etmək və yaranan hər hansı sual və ya məqamları borcalan ilə dəqiqləşdirmək;
  • Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə düzgün strukturun verilməsini təmin etmək;
  • Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflər vermək;
  • Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış etmək;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasını həyata keçirmək, kredit reytinqini müəyyən etmək və müvafiq qərar vermək;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
  • Kredit Kontrol departamenti tərəfindən təqdim olunan müvafiq kredit reytinq cədvəlləri yoxlamaq, müştərilərə düzgün kredit reytinqini təsdiq etmək;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üzrə  anderraytinqini operativ aparmaq və vaxtında icra edilməsini həyata keçirmək;
  • Kreditləşmə prosesi üzrə daxili təlimat, struktur, yanaşma və proseslərin təkmilləşdirilməsi məsələlərini qaldırmaq və ya bu məsələlərə müvafiq rəylər vermək.

Tələblər

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə  3-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir;
  • Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
  • İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.

 

Vakansiya haqqında

Son tarix

June 3, 2025

Paylaşılıb

aprel 24, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə