PASHA Bank
Ana səhifə
/
/
/
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis (Müvəqqəti)

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis (Müvəqqəti)

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

Bu gün

116

Təsvir

İşiniz nədən ibarətdir?


·       Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);

·       Maliyyə uçotu siyasətinin düzgün həyata keçirilməsi;

·       Mühasibat və vergi məsələləri üzrə metodik dəstək, mühasibat qaydalarının araşdırılması, biznes vahidlərinə müvafiq məsləhətlərin verilməsi;

·       Maliyyə dövrünün bağlanması vaxtını azaltmaq üçün prosesin təkmilləşdirilməsi və onun icrası;

·       Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstək edilməsi;

·       Bankın gəlir və xərclərinin düzgün və vaxtında tanınmasının təmin edilməsi;

·       Bütün audit yoxlamalarında iştirak, sorğuların cavablandırılması, tələb olunan məlumatın təqdim edilməsi;

·       İnsan səhvini azaltmaq üçün əl işlərinin avtomatlaşdırılması prosesində şöbə rəhbərinin dəstəklənilməsi;

·       Daxili müştərilərlə əlaqələrin qurulması;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

Sizdən nə tələb olunur?


·       Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;

·       Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il və yaxud 3-5 il bank təcrübəsi;

·       Lisenziya / Sertifikat: ACCA - arzu olunandır;

·       Xarici dillər: Rus, İngilis (yaxşı);

·       Kompüter bilikləri: MS Office proqramları;

·       Məhsul üzrə biliklər: Bank məhsulları;

·       Başqa tələblər: Vergi məcəlləsi (təməl biliklər), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).

Vakansiya haqqında

Son tarix

February 28, 2026

Paylaşılıb

yanvar 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə