PASHA Bank
Ana səhifə
/
/
/
Port Baku Filialının Fərdi Müştəri Xidmətləri üzrə Assistenti

Port Baku Filialının Fərdi Müştəri Xidmətləri üzrə Assistenti

Dünən

171

Təsvir

  • Bankın Müştərilərinin sorğu və müraciətlərinin Bankın daxili prosedur və qaydaları ilə tanış olaraq onlara uyğun operativ şəkildə icra olunması;
  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələlərinin məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə tanış olaraq üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi;
  • Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması;
  • Bankın öz müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların gündəlik tərtib və təşkil edilməsi;
  • Bankın daxili prosedurlarına əsasən, bütün aparılmış əməliyyatlar üzrə sənədləşmələrin aparılmasına (müştərilər haqqında məlumatlar daxil olmaqla) və arxivləşdirilməsinin təmin edilməsi;
  • Filial daxilində ön-ofis işçilərini əvəz etmək qabiliyyətinə malik olması;
  • Göstərdiyi xidmətin birbaşa aid olduğu Bankın struktur bölmələri üçün müəyyən olunan tapşırıq və layihələrin planlaşdırılması və icra olunması;
  • Gündəlik əməliyyatların normal şəkildə həyata keçirilməsinin təmin olunması (xidmət cəhətindən); müştəri sorğularının cavablandırılmasının və peşəkar məsləhətlərin verilməsinin təmin edilməsi;
  • Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması;
  • Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı;
  • Bankın hər hansı struktur bölməsinin fəaliyyətinə Bankın strateji məqsəd və mənafeləri nəzərə alınmaqla dəstək göstərilməsi.

Tələblər

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il ;
  • Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

 

Vakansiya haqqında

Son tarix

August 14, 2025

Paylaşılıb

iyul 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə