Pasha Malls

Böyük Memar

Bu gün

75

Təsvir

• Memarlıq dizayn mərhələlərinə – konsept, eskiz, detallı dizayn və tikinti sənədləşməsi mərhələlərinə rəhbərlik etmək və idarə etmək;

• Bütün dizayn nəticələrinin qüvvədə olan qaydalara, standartlara və layihə tələblərinə uyğunluğunu təmin etmək;

• Çertyojlar, smeta (BOQ) və texniki spesifikasiyalar daxil olmaqla memarlıq tender paketlərini hazırlamaq və nəzərdən keçirmək;

• Tender proseslərini idarə etmək: iştirakçıların sorğularına cavab vermək, izahatlar təqdim etmək və texniki qiymətləndirmələr aparmaq;

• Dizayn və tikinti mərhələlərində məsləhətçilər, podratçılar və təchizatçılarla sıx əməkdaşlıq etmək;

• MEP, konstruktiv və digər texniki istiqamətlərlə birgə çalışaraq dizaynların tam inteqrasiyasını təmin etmək;

• Memarlıq işləri üzrə sahə baxışları keçirmək və hər hansı uyğunsuzluqları və ya kənarlaşmaları hesabatlandırmaq;

• Dizayn dəyişikliklərini idarə etmək, düzəliş çertyojlarını və sənədlərin yenilənməsini hazırlamaq;

• Material seçimi proseslərinə, nümunə baxışlarına (mock-up) və texniki təsdiqlərə dəstək vermək;

• Layihə tamamlandıqda təhvil-təslim sənədlərinin düzgün hazırlanmasını və dizaynın yekun bağlanmasını təmin etmək;

• Dizayn risklərini müəyyən etmək və onların azaldılması üzrə qabaqlayıcı tədbirləri dəstəkləmək;

• Tikinti mərhələsində olan ticarət obyektlərinin (mağazaların) fit-out işlərinin auditini aparmaq;

• Müxtəlif icarədarların fəaliyyətlərinin gündəlik yoxlanılması, nəzarəti və hesabatlandırılması;

• İcarə (leasing) və kommersiya şöbələrinin tələblərini müəyyən edib tikinti komandalarına çatdırmaq;

• Dizayn, tikinti prosedurları, zonalaşdırma və tikinti normaları, eləcə də tikinti materialları sahəsində biliklərə əsaslanaraq fit-out və yenidənqurma layihələrini araşdırmaq, planlaşdırmaq, dizayn etmək və idarə etmək;

• Yeni və ya yenidənqurma layihələrinin funksional və məkan tələblərini müəyyənləşdirmək, dizayn, texniki spesifikasiyalar, materiallar, rənglər, avadanlıqlar, təxmini xərclər və fit-out/yenidənqurma müddətləri barədə məlumat hazırlamaq;

• Fit-out və ya yenidənqurma işləri zamanı periodik sahə baxışları keçirmək, dizayna uyğunluğu yoxlamaq və bununla bağlı “snag list” (qüsurlar siyahısı) hazırlamaq;

• Müştərilərlə birlikdə layihə tələblərini müəyyənləşdirmək;

• Yeni ticarət mərkəzi layihələri ilə bağlı təqdimatlar hazırlamaq və təqdim etmək;

• Layihələrin yüksək keyfiyyətlə və düzgün şəkildə icra edilməsini izləmək.

Tələblər

• Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;

• Memarlıq dizaynı və tikintiyə nəzarət sahəsində 7–10 illik iş təcrübəsi (xüsusilə pərakəndə, kommersiya və ya qarışıq təyinatlı layihələrdə təcrübə üstünlükdür);

• Beynəlxalq və yerli tikinti norma və standartları üzrə dərin bilik;

• AutoCAD, Revit/BIM alətləri və MS Office proqramlarında yüksək səviyyədə bacarıq;

• İngilis dilində mükəmməl yazılı və şifahi bilik;

• Yaradıcı düşüncə və vizuallaşdırma bacarıqları;

• Detallara diqqətli, analitik və həll yönümlü yanaşma;

• Eyni anda bir neçə prioriteti idarə edə bilmək və sıx vaxt çərçivəsində işləmək bacarığı;

• Effektiv ünsiyyət və maraqlı tərəflərlə (stakeholder) münasibətləri idarəetmə bacarıqları;

• MEP (mexaniki, elektrik və santexnika) işləri ilə tanışlıq;

• Binalarda uyğunsuzluqları (nonconformance) yoxlamaq bacarığı;

• Təşkilatçılıq,ünsiyyət və komanda ilə işləmə bacarığı, çeviklik,detallara diqqət və etibarlılıq.

Vakansiya haqqında

Son tarix

November 10, 2025

Paylaşılıb

oktyabr 28, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Tikinti və Daşınmaz əmlak