Qrupun vergi öhdəliklərinin qanunvericiliyə uyğun və optimal şəkildə idarə edilməsini təmin etmək, riskləri minimuma endirərək səmərəli vergi strategiyası qurmaq və tətbiq etmək;
Layihə və əməliyyatların vergi baxımından təhlili və planlaşdırılması, vergi risklərinin müəyyənləşdirilməsi, təhlili və azaldılması üçün təkliflərin hazırlanması;
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsinə nəzarət edərək, vergi Məcəlləsinə və digər normativ aktlara uyğun olaraq əməliyyatların düzgün əks etdirilməsinin təmin edilməsi;
Qanunvericilik dəyişikliklərinin izlənməsi, rəhbərliyə məlumat verilməsi, eləcə də vergi orqanları ilə yazışmaların və yoxlamaların idarə edilməsi.
Tələblər
Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat və s.) üzrə ali təhsil;
Müvafiq sahədə minimum 10 il iş təcrübəsi;
1C Mühasibatlıq proqramı üzrə biliklərin olması;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı;
Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı;