Təyin edilmiş bütün elektrik işlərini standartlara uyğun olaraq yerinə yetirmək;
Bütün elektrik paylayıcı qurğuları və paylayıcı şəbəkələr və sistemləri yoxlamaq, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək; Bütün işıqlanlandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırılma vasitələrini yoxlamaq, dəyişdirmək, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
Fövqəladə yaxud qəza hallarında istifadə edilən elektrik enerjisi və kəsintisiz elektrik enerjisi təminatı sistemlərinə texnik baxış keçirmək;
Elektrik motorlarına və nəzarət panellərinə texniki xidmət göstərmək;
Bütün elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq;
İşdə bütün SƏTƏMM norma və qaydalarından məlumatlı olmaq və onlara riayət etmək.