PASHA Property Management

Kompleks direktoru

Dünən

42

Təsvir

PAŞA Property Management “Kompleks Direktoru” vakansiyası üzrə işə qəbul elan edir

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, strateji düşünən, liderlik bacarıqlarına malik, məsuliyyətli və nəticəyönümlü peşəkar namizədləri komandamıza qoşulmağa dəvət edirik.


Əsas vəzifələr


  • Kompleksin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək;
  • Kompleks üzrə əməliyyat proseslərini planlaşdırmaq, təşkil etmək və idarə etmək;
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək və müştərilərlə effektiv əməkdaşlıq qurmaq;
  • Müqavilələr üzrə xidmət öhdəliklərinin tam və keyfiyyətli icrasına nəzarət etmək;
  • Texniki, təmizlik, təhlükəsizlik və digər xidmətlər arasında effektiv koordinasiyanı təmin etmək;
  • Kompleksin gündəlik fəaliyyətini izləmək, xidmət keyfiyyətini artırmaq və əməliyyat proseslərini optimallaşdırmaq;
  • Tabeçiliyində olan əməkdaşların fəaliyyətini planlaşdırmaq, idarə etmək, qiymətləndirmək və inkişaf etdirmək;
  • Əməliyyat göstəricilərini təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Kompleks üzrə illik büdcəni hazırlamaq, maliyyə göstəricilərinə və xərclərin idarə olunmasına nəzarət etmək;
  • Resursların (işçi heyəti, materiallar, avadanlıqlar və s.) səmərəli planlaşdırılmasını və istifadəsini təmin etmək;
  • Podratçı təşkilatların fəaliyyətinə nəzarət etmək və xidmət keyfiyyətini qiymətləndirmək;
  • İcarə və xidmət haqlarının vaxtında ödənilməsinə nəzarət etmək və əlavə gəlir imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Kompleks ərazisində mütəmadi monitorinqlər aparmaq, texniki sistemlərin və avadanlıqların işlək vəziyyətini təmin etmək;
  • Müştəri müraciət və şikayətlərini araşdırmaq, operativ həllini təşkil etmək;
  • Kommunal xərclərin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
  • SƏTƏMM tələblərinin, təhlükəsizlik qaydalarının və fövqəladə hallara hazırlıq planlarının icrasına nəzarət etmək;
  • Hadisə və qəzaların araşdırılmasını təşkil etmək, risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Ali təhsil (Mühəndislik, İnşaat, Facility/Property Management, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • Facility Management, Property Management, əməliyyatların idarə olunması və ya oxşar sahədə minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
  • Büdcənin idarə olunması, əməliyyatların planlaşdırılması və resursların effektiv idarə edilməsi üzrə bilik və təcrübə;
  • Mühəndis sistemləri və bina istismarı üzrə ümumi biliklər;
  • SƏTƏMM və risklərin idarə olunması üzrə biliklər;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dili biliyi üstünlükdür;
  • Güclü liderlik, analitik düşünmə, qərarvermə, ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və nəticəyönümlülük.

Vakansiya haqqında

Son tarix

August 10, 2026

Paylaşılıb

avqust 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak