
Bu gün
40
Payonix komandamıza İcra şöbəsinə Problemli kreditlər üzrə mütəxəssis axtarırıq.
Əgər məsuliyyətli və nəticəyönümlüsünüzsə, sizi komandamızın bir parçası olmağa dəvət edirik!
Vəzifə öhdəlikləri:
Problemli kredit portfelinin idarə olunması və gecikmədə olan müştərilərlə işin təşkili
Borclularla icra mərhələsində danışıqların aparılması və könüllü ödənişlərin təşviqi
İcra sənədlərinin hazırlanması və icra orqanlarına təqdim edilməsi, icra proseslərinin davamlı nəzarətdə saxlanılması
İcra məmurları ilə mütəmadi əlaqənin qurulması və işlərin icra vəziyyətinin izlənməsi
Ali təhsil (hüquq, maliyyə, iqtisadiyyat sahəsində üstünlükdür)
İcra işləri,BOKT, bank və ya kollektor sahəsində minimum 2-3 il iş təcrübəsi
Məhkəmə qərarları və icra sənədləri ilə işləmə təcrübəsi
Müştərilərlə peşəkar ünsiyyət qurma bacarığı;
Problemli kreditlər və icra prosesi üzrə qanunvericilik bilikləri
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
MS Office proqramlarında işləmə bacarığı
İş saatı : həftənin 5 günü 09:00 - 18:00
Şənbə, Bazar - istirahət günü
Nahar fasiləsi: 13:00- 14:00
Əmək haqqı müsahibə əsnasında dəyərləndirilir , + bonus
Son tarix
November 27, 2026
Paylaşılıb
oktyabr 27, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr