PMD Group MMC

1C proqramçı

Bu gün

25

Təsvir

  • 1C konfiqurasiyasında sıfırdan yeni layihələrin hazırlanması və tətbiqi
  • 1C konfiqurasiyasında yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi
  • Mövcud kodun oxunması, debug edilməsi və sistemin yekun göstəricilərinə təsir etmədən təhlükəsiz dəyişikliklərin aparılması
  • 1C sorğu dili və Məlumatların Kompozisiya Sistemi (SKD) vasitəsilə sorğu və hesabatların hazırlanması
  • 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq
  • HTTP/veb xidmətləri, REST, XML və JSON formatları ilə məlumat mübadiləsinin qurulması
  • 1C platforma və məlumat bazasının administrativ idarə edilməsi
  • Biznesin və istifadəçilərin tələblərini anlamaq üçün görüşlərin keçirilməsi, tələblərə cavab verən həllərin təmin edilməsi
  • Hazırlanan proqram təminatlarının istifadəsinin rahatlığına əmin olmaq
  • Yaradılan və mövcud sistemlərdə yaranan problemlərin həlli
  • Hazırlanan proqram təminatlarının sənədləşdirilməsi
  • Müvafiq sahə üzrə yeniliklərin izlənilməsi və tətbiqi ilə bağlı təkliflərin verilməsi

Tələblər

  • Müvafiq ixtisas (Proqramlaşdırma, İnformasiya texnologiyaları) üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • 1C daxili dili və sorğu dili üzrə dərin bilik
  • Təmiz, oxunaqlı və dəstəklənə bilən kod yazmaq bacarığı
  • 1C 8.3 platforması üzrə yaxşı praktiki biliklər
  • Mövcud qeyri-standart konfiqurasiyada işləmək, kodu anlamaq, səhvləri tapmaq və optimallaşdırma aparmaq bacarığı
  • 1C məlumat modeli üzrə biliklər: kataloqlar, sənədlər, registrlər - toplama, məlumat və mühasibat registrləri
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta, Rus dili – orta
  • Yüksək analitik təhlil bacarığı

Vakansiya haqqında

Son tarix

August 28, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak