PMD Group MMC
Ana səhifə
/
/
/
Biznes analitikası üzrə mütəxəssis

Biznes analitikası üzrə mütəxəssis

Dünən

182

Təsvir

  • Layihə ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalarının hazırlanması üçün bazar təhlili, əmlak sənədlərinin təhlil edilməsi, layihələndirmə və tikinti üçün daşınmaz əmlak məhsulunu təsvir edən və onun parametrlərini müəyyən edən zəruri məlumatların toplanılması. Bu zaman bazar araşdırması, qiymətləndirmə, marketinq və satış, layihələndirmə və tikinti, əmlakların idarə edilməsi, texniki nəzarət, rəsmi qurumlar və digər departament və qrup şirkətləri ilə layihəyə dair davamlı məlumat mübadiləsinin həyata keçirilməsi.
  • Təklif edilən layihələrin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasına töhfə vermək, ssenari təhlillərin aparılmasıinvestisiya əsaslandırmalarının hazırlanması.
  • Mövcud satış göstəricilərini, maliyyə və iqtisadi məlumatları təhlil edərək potensial inkişaf etdiriləcək layihələr üçün pul axını, satış və icarə ehtimallarının əsaslandırılması hazırlanmaq.
  • Təyin edilmiş mövzular üzrə masaüstü araşdırmaların aparılması və analitik hesabatların hazırlanması.
  • Layihələr üzrə əsas hədəf göstəricilərinin əldə edilməsi istiqamətində nail olunmuş aylıq performansı izləmək və hesabatlılığı təmin etmək.
  • Şirkətin daşınmaz əmlak məhsullarıın müştəriləri, içarəçiləri və operatorlar şirkətləri arasında keçirilən sorğular üzrə datanın şərh edilməsi, təhlil edilməsi və hesabatların təqdim olunması.   
  • Potensial partnyor şirkətlərlə tərəfdaşlıq şərtlərinin optimallaşdırılması istiqamətində təkliflərinin hazırlanması.
  • Şöbənin fəaliyyəti ilə bağlı prosedur, iş axını, qayda və biznes proseslərin hazırlanmasında və ya təkmilləşdirilməsində töhfə vermək.


Tələblər

  • Biznesin idarə olunması, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Maliyyə modelləşdirilməsi, strateji və biznes təhlili, biznes analitikası alətləri sahəsində minimum 3 il iş təcrübəsi.
  • Elmi tədqiqat, texniki-iqtisadi əsaslandırma, müştərək investisiya və ya partnyorluq şərtlərinin hazırlanması üzrə nəzəri və təcrübi bilik və bacarıqlar.
  • Maliyyə üzrə beynəlxalq sertifikata malik olması arzu olunandır (FMVA, CFA 1, ACCA).
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır.
  • Microsoft Excel, Tableau və Power BI proqramlarında yüksək səviyyədə istifadə (Python və SQL üstünlükdür).
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
  • Yüksək analitik düşüncə bacarığı.


Vakansiya haqqında

Son tarix

May 19, 2025

Paylaşılıb

aprel 18, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Tikinti və Daşınmaz əmlak