Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
Sənəd mübadiləsinin şirkət daxili sənədlərə nəzarət proseduruna və İSO 9001 standartına uyğun aparmaq;
Komanda üzvlərinə vaxtı keçmiş sənədlər haqqında bildiriş göndərmək;
Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
Sifarişçi, podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
Sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
Təsdiq olunmuş tender tələbnaməsinə uyğun tender sənədlərini toplamaq (uyğunluğunun yoxlanılması, çapa vermək, razılaşdırmaq, aidiyyəti üzrə bölüşdürmək və serverə yerləşdirmək);
Təsdiq olunmuş müqavilənin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata salınması, aidiyyəti üzrə bölüşdürülməsi;
Tələb olunan vaxtda və formada müxtəlif sənəd yoxlanılması hesabatlarını Aconex sistemi üzərindən hazırlamaq;
Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Tələblər
Müvafiq ixtisas üzrə ali təhsil;
Mülki-sənaye tikinti sahəsində sənədlərə nəzarət üzrə azı 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
Kompüter bacarıqları: MS Office – yaxşı, Aconex, 1C – arzuolunandır;