PMD Projects MMC
Ana səhifə
/
/
/
Aparıcı geodeziya mühəndisi

Aparıcı geodeziya mühəndisi

Bu gün

18

Təsvir

  • Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
  • Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
  • Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
  • Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
  • Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
  • Zəruri hesabatların hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;

Tələblər

  • Ali təhsil: Geodeziya mühəndisliyi üzrə ali təhsil ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – orta;
  • Kompüter bilikləri: MS Office, AutoCAD, AutoCAD Civil 3D;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak