PMD Projects MMC
Ana səhifə
/
/
/
Aparıcı mühəndis-konstruktor ( bərpa işləri üzrə)

Aparıcı mühəndis-konstruktor ( bərpa işləri üzrə)

Bu gün

61

Təsvir

  • Layihələrin ilkin mərhələsində mövcud tikilinin konstruktiv vəziyyətini araşdırmaq, təhlil etmək və ilkin konstruktiv yanaşmanın formalaşdırılmasında iştirak etmək;
  • Bərpa və konservasiya layihələrində mövcud konstruksiyaların vəziyyətini, istifadə olunan materialları və konstruktiv xüsusiyyətləri araşdırmaq və layihələndirmədə nəzərə almaq;
  • Mövcud konstruktiv elementlərin qorunması, bərpası, təmiri, gücləndirilməsi və zəruri hallarda yenidən qurulması üzrə konstruktiv həllərin hazırlanmasında iştirak etmək;
  • Hazırlanmış konstruktiv və bərpa həllərinin mövcud tikilinin xüsusiyyətlərinə, normativ tələblərə və layihə prinsiplərinə uyğunluğunu yoxlamaq;
  • Layihələndirmə məlumatlarını qəbul etmək və təhlil etmək, konstruktiv məsələlər üzrə rəhbərliyə müvafiq tövsiyə və hesabatlar təqdim etmək;
  • Konstruktiv layihə sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinə, tikinti norma və standartlarına və layihə üzrə müəyyən edilmiş beynəlxalq standartlara uyğun hazırlanmasını təmin etmək;
  • Layihə rəhbəri, memarlar, mühəndislər, layihəçi təşkilatlar, məsləhətçilər və podratçılarla konstruktiv məsələlər üzrə koordinasiyalı fəaliyyət göstərmək;
  • Layihələndirmə müddətlərinin və iş qrafikinin konstruktiv iş həcmlərinə uyğunluğunu yoxlamaq və müvafiq təkliflər vermək;
  • Layihənin tender prosesinə texniki dəstək göstərmək, konstruktiv spesifikasiyaları və iş həcmlərini yoxlamaq və texniki rəy vermək;
  • Bərpa və gücləndirmə işlərində istifadə olunacaq material, nümunə və texniki həlləri konstruktiv baxımdan nəzərdən keçirmək və rəy vermək;
  • Tikinti mərhələsində aşkar olunan konstruktiv problemləri və əvvəlcədən müəyyən edilməmiş şəraiti təhlil etmək, müvafiq həllərin hazırlanmasını koordinasiya etmək;
  • Tikinti və təhvil-təslim proseslərində iştirak etmək, görülmüş konstruktiv işlərin layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
  • Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və konstruktiv həllərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Konstruktiv layihə sənədlərinin hazırlanması, yoxlanılması, təsdiqi, paylanması və arxivləşdirilməsinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil: İnşaat mühəndisliyi / konstruksiya ixtisası üzrə;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi, o cümlədən mövcud və tarixi tikililərin bərpası, konservasiyası və konstruktiv gücləndirilməsi layihələri üzrə praktiki iş təcrübəsi;
  • Tarixi və mövcud binaların konstruktiv sistemlərinin qiymətləndirilməsi, bərpası, konservasiyası və gücləndirilməsi prinsipləri üzrə bilik və praktiki təcrübə;
  • Tarixi tikililərdə istifadə olunan daş, kərpic, ağac, metal, beton və dəmir-beton konstruksiyaların xüsusiyyətləri, tikinti üsulları, konstruktiv elementləri və onların bərpa və gücləndirmə metodları barədə biliklər;
  • Mövcud tikililərin texniki və konstruktiv vəziyyətinin qiymətləndirilməsi, zədələnmiş və qorunmalı konstruktiv elementlərin müəyyən edilməsi, çatların, deformasiyaların və digər qüsurların təhlili üzrə təcrübə;
  • Mövcud konstruksiyaların daşıma qabiliyyətinin qiymətləndirilməsi, konstruktiv hesablamaların aparılması və zəruri hallarda bərpa, təmir və gücləndirmə həllərinin hazırlanması üzrə praktiki təcrübə;
  • Tarixi konstruksiyaların ilkin memarlıq və konstruktiv xüsusiyyətlərinin qorunması şərtilə müasir konstruktiv həllərin hazırlanması və mövcud sistemlərlə uyğunlaşdırılması üzrə biliklər;
  • Bərpa və konservasiya layihələrinin konstruktiv hissəsinin hazırlanması, konstruktiv çertyojların, hesabatların, texniki rəylərin və işçi sənədlərin hazırlanması və tikinti mərhələsində tətbiqi üzrə təcrübə;
  • Tarixi və mövcud tikililərdə konstruktiv elementlərin bərpası və gücləndirilməsi üçün uyğun material və texnologiyaların seçilməsi üzrə biliklər;
  • Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, SP, Eurocode və layihəyə tətbiq olunan digər müvafiq standartlar;
  • Konstruktiv hesablamalar və modelləşdirmə proqramları üzrə biliklər: ETABS, SAP2000, LIRA-SAPR, AutoCAD və digər müvafiq proqramlar;
  • Bərpa və konservasiya layihələrində memar, restavrator, geoloq, podratçı və digər mütəxəssislərlə koordinasiyalı işləmək bacarığı;
  • Mövcud tikililərin yerində texniki baxışlarının keçirilməsi, ölçülərin və konstruktiv vəziyyətin sənədləşdirilməsi, texniki hesabat və rəy hazırlanması üzrə təcrübə;
  • Yüksək ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı, detallara diqqət və daim peşəkar inkişafa yönümlü olmaq.

Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

oktyabr 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak