Layihələndirmədə avtomatlaşdırma və elektronika sistemlərinin məlumatlarının, Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasında iştirak etmək;
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə avtomatlaşdırma və elektronika sistemlərinin uyğunluğu barədə rəhbərliyə ilkin hesabat təqdim etmək;
Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıqda iştirak etmək;
Layihələndirmədə avtomatlaşdırma və elektronika üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsində iştirak etmək;
Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil: Avtomatlaşdırma və elektronika sahəsi üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi ;
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN;
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;