PMD Projects MMC
Ana səhifə
/
/
/
Avtomatlaşdırma və elektronika üzrə mühəndis

Avtomatlaşdırma və elektronika üzrə mühəndis

Bu gün

19

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Avtomatlaşdırma və elektronika mühəndisliyi üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • Avtomatlaşdırma və elektronika sistemləri üzrə layihələri, prinsipial və funksional sxemləri, texniki spesifikasiyaları və avadanlıq cədvəllərini oxumaq, təhlil etmək və onların layihə tələblərinə uyğunluğunu qiymətləndirmək bacarığı;
  • Binaların avtomatlaşdırılması, yanğın aşkarlama, səsli xəbərdarlıq və təxliyə, girişə nəzarət, video müşahidə, strukturlaşdırılmış kabelləşmə və digər zəif cərəyan sistemləri üzrə biliklər;
  • Avtomatlaşdırma və elektronika sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası, şəbəkə infrastrukturu və məlumat mübadiləsi protokolları üzrə biliklər;
  • Texniki problemləri və sistemlərarası uyğunsuzluqları təhlil etmək, texniki riskləri qiymətləndirmək və əsaslandırılmış texniki rəy vermək bacarığı;
  • Texniki problemlərin praktiki və ya nəzəri həll edilməsi, sistemlərin analizi və bu yöndə texniki qərarların verilməsi;
  • Layihələrin tikinti, quraşdırma, sınaq, sazlama və təhvil-təslim mərhələləri üzrə biliklər;
  • Müvafiq tikinti norma və qaydaları, texniki standartlar və normativ sənədlər üzrə biliklər: AzDTN, AZ YTS, EN, IEC, BS, NFPA, ISA, ANSI/TIA, ASHRAE, IEEE, UL, ISO;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Analitik düşünmə, texniki qərarları qiymətləndirmək və aidiyyəti tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak