PMD Projects MMC
Ana səhifə
/
/
/
İKT layihələr üzrə aparıcı mütəxəssis

İKT layihələr üzrə aparıcı mütəxəssis

Bu gün

18

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və layihənin məqsəd və tələblərinə uyğun İKT və zəif-Layihə cizgilərini və texniki sənədləri İKT və zəif-axın sistemləri baxımından yoxlamaq, layihəçiləri texniki və funksional tələblərə istiqamətləndirmək;
  • CCTV, IP kamera, IP telefoniya, şəbəkə infrastrukturu, Wi-Fi, Access Control, turniket, kartoxuyucu, server və server otağı infrastrukturu üzrə layihə həllərini qiymətləndirmək.
  • CCTV sistemlərinin idarə olunması və konfiqurasiyası üzrə HikCentral, HikConnect və iVMS kimi proqramlarla işləmək, cihazların əlavə edilməsi, canlı görüntü, arxiv, istifadəçi və əsas sistem parametrlərinin idarə edilməsini bilmək;
  • CCTV kameralarının texniki xüsusiyyətlərini qiymətləndirmək və layihəyə uyğun kamera seçmək; sensor, görüntü keyfiyyəti, gecəgörmə, IR məsafəsi, obyektiv və kamera lenslərinin (sabit, varifokal, motorlu və s.) seçimi üzrə bilik;
  • IP telefoniya sistemlərinin layihələndirilməsi və texniki həllərinin seçilməsi; layihəyə uyğun IP ATS/PBX seçmək, sistemin tutumunu, daxili nömrələri, trunk və SIP tələblərini qiymətləndirmək;
  • IP ATS-ə qoşulan avadanlıqlar üzrə praktiki anlayış: IP telefonlar, SIP trunk, GSM Gateway, FXO/FXS Gateway və modullar, analoq telefon/faks xətləri və digər əlaqəli avadanlıqlar;
  • Serverlərin layihəyə uyğun seçilməsi; CPU, RAM, RAID, disk tutumu, redundant enerji təchizatı, şəbəkə interfeysləri və digər texniki parametrlərin layihə yükünə əsasən müəyyənləşdirilməsi;
  • Şəbəkə avadanlıqlarının seçilməsi və layihələndirilməsi: Core Switch, Access Switch, PoE Switch, Layer 2/Layer 3, uplink, SFP/SFP+, VLAN, PoE büdcəsi və redundans tələblərinin qiymətləndirilməsi;
  • Server otaqlarının layihəyə uyğun qurulması üzrə texniki tələblərin müəyyənləşdirilməsi: rack kabinetlər, patch panel, PDU, kabel infrastrukturu, soyutma, enerji, UPS, grounding və avadanlıqların yerləşdirilməsi;
  • UPS sistemlərinin seçilməsi; avadanlıqların ümumi güc tələbinin hesablanması, ehtiyat müddətinin və yük profilinin nəzərə alınması;
  • Sifarişçinin texniki və funksional tələblərinə uyğun İKT avadanlıqlarının seçilməsi, alternativ texniki həllərin müqayisəsi və optimal qiymət/keyfiyyət nisbətinin təmin edilməsi;
  • Wi-Fi şəbəkələrinin layihələndirilməsi və qiymətləndirilməsi; Access Point seçimi, istifadəçi sıxlığı, əhatə dairəsi, roaming, PoE və VLAN tələblərinin nəzərə alınması, Radioplan layihələrinin qiymətləndirilməsi üzrə anlayış;
  • İKT və zəif-axın sistemləri üzrə ilkin texniki spesifikasiyaların, material təsnifatlarının və BOQ-ların hazırlanması və yoxlanılması;
  • Avadanlıq və materialların texniki spesifikasiyalara, BOQ-a və sifarişçi tələblərinə uyğunluğuna nəzarət etmək;
  • İKT və zəif-axın sistemləri üzrə satınalma və tender proseslərində iştirak etmək, texniki təklifləri qiymətləndirmək və vendorlarla texniki koordinasiya aparmaq;
  • İKT avadanlıqlarının datasheet-lərinin, uyğunluq cədvəllərinin və vendor təkliflərinin müqayisəli təhlilini aparmaq;
  • Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinə, müvafiq şəhərsalma və tikinti normativlərinə, eləcə də layihədə qəbul edilmiş beynəlxalq standartlara uyğun hazırlanmasını təmin etmək;
  • Tikinti mərhələsində İKT və zəif-axın sistemlərinin quraşdırılmasına texniki nəzarətdə, sınaq və inspeksiyalarda iştirak etmək və sistemlərin təhvil-təslim prosesinə texniki dəstək vermək;
  • Layihənin bütün mərhələlərində İKT və zəif-axın sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, texniki riskləri müəyyənləşdirmək və büdcənin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi və arxivləşdirilməsi proseslərinin müvafiq prosedurlara uyğun aparılmasını təmin etmək.

Tələblər

  • Ali təhsil: İT və ya Avtomatika mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi: İKT / zəif-axın sistemləri, tikinti və ofis layihələri üzrə minimum 5 il iş təcrübəsi;
  • CCTV, IP kamera və VMS sistemləri üzrə praktiki bilik və iş təcrübəsi;
  • HikCentral, HikConnect və iVMS proqramları ilə işləmək bacarığı,Kamera və lens seçimi, görüntü parametrləri və CCTV sisteminin layihə tələblərinə uyğun qurulması üzrə bilik;
  • IP telefoniya və IP ATS/PBX sistemləri üzrə praktiki bilik; SIP, GSM Gateway, FXO və FXS həllərini anlamaq;
  • Server, storage və server otağı infrastrukturu, şəbəkə əsasları və şəbəkə avadanlıqları üzrə yaxşı üzrə texniki bilik və layihəyə uyğun avadanlıq seçmək bacarığı;
  • Sifarişçi tələblərini texniki spesifikasiyaya çevirmək və uyğun İKT avadanlığı seçmək bacarığı;
  • Texniki datasheet, BOQ, spesifikasiya və layihə sənədləri ilə işləmək bacarığı;
  • MS Office, AutoCAD və texniki sənədlərlə işləmək bacarığı;
  • Azərbaycan dili – səlis; İngilis dili – yaxşı. Rus dili bilməsi üstünlükdür;
  • Komanda ilə işləmək, texniki məsələləri analiz etmək, vendor və layihəçilərlə koordinasiya aparmaq bacarığı.

Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak