PMD Projects MMC
Ana səhifə
/
/
/
Baş geodeziya mühəndisi

Baş geodeziya mühəndisi

Bu gün

16

Təsvir

  • Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
  • Səmərəli ölçmə və nəzarət üsulları tətbiq etməklə inşaatın geodeziya təminatının texniki-metodiki rəhbərliyini həyata keçirmək, çöl və kameral işləri planlaşdırılmaq, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət etmək;
  • Geodeziya işlərinin yerinə yetirilməsinə nəzarət etmək (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş məlumatlara nəzarət proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək);
  • Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
  • Geodeziya ölçmə və nəzarət vasitələrinin uçotunu aparmaq, onların dövrü yoxlama və təmir işlərini həyata keçirmək;
  • Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
  • Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanmasına nəzarət etmək;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
  • İnşaat prosesinə yeni geodeziya metod və vasitələrini tətbiq etmək;
  • Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin işləri təşkil və koordinasiya edilməsi;
  • Zəruri hesabatların hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;

Tələblər

  • Ali təhsil: Geodeziya mühəndisliyi üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 7 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – orta;
  • Kompüter bilikləri: MS Office, AutoCAD, AutoCAD Civil 3D;
  • Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını,normativ-texniki sənədlərin tələblərini bilməli,geodeziya və kartoqrafiyanın əsaslarını,geodeziya nişanları və şərti işarələrini;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.


Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak