PMD Projects MMC

Mühasib

15-08-2024

2K

Bağlanılıb

Təsvir

  • Hesab fakturaların toplanması, yoxlanılması və ödənişə hazırlanması;
  • Müxabirləşmə əməliyyatlarının icra edilməsi;
  • Subpodrat və bank hesabatının kreditor borcları və ödənişləri ilə qarşılaşdırılması və yaranan fərqlərin  araşdırılaraq aradan qaldırılması;
  • Kreditor hesablarının nəzarətdə saxlanılması və ödənişlərin vaxtında icrası;
  • Əsas vəsaitlərin və mal-material qiymətlilərinin inventarizasiyasında iştirak etmək;
  • Xaric olan pul vəsaiti axınının proqnozlaşdırılması;
  • Həftəlik əsasda ödəniş cədvəlinin hazırlanması, ödənişlərin icra edilməsi, öhdəliklərin tanıdılması və bağlanması, avans əməliyyatlarının sistemə daxil edilməsi;
  • Həftəlik əsasda avans hesabatının hazırlanması;
  • Ay bağlanmasında iştirak etmək;
  • Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
  • Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icrası;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji  itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və digər əlaqəli sahələrdə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
  • Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
  • Peşəkar ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı.


Vakansiya haqqında

Son tarix

sentyabr 5, 2024

Paylaşılıb

avqust 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak