Layihə Büdcəsinin və Podrat təklifləri qiymətlərinin təhlili;
Müqavilə dəyərlərinin analizi zamanı dəyərləndirmə komandasına köməklik etmək;
Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin təhlili;
Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
Podratçılar tərəfindən hazırlanmış maliyyə hesabatlarının yoxlanılması;
İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
Layihələrin maliyyə axınlarının hazırlanaraq tələb olunan müddət ərzində və aralıqda təqdim edilməsi;
Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrasına dəstək olmaq;
Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;
Büdcələrin Maliyyə planlarının qaydalarına uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;
Layihə büdcələrinə nəzarət etmək, elektron platformalarda (1C, Aconex) xərclərin düzgünlüyünü və uyğunluğunu təmin etmək, iş strukturu bölmələrinin düzgün olmasını təmin etmək;
Layihə ilə bağlı dəyişikliklər yarandıqda BoQ Dəyişiklik tarixçəsi cədvəllərinin hazırlanması, təhlil olunması və hesabat verilməsi;
Rəhbərlik tərəfindən tapşırılan vəzifə təlimatına və öhdəliklərinə uyğun digər oxşar işlərin yerinə yetirilməsi;
Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.
Tələblər
Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis. İngilis dili – yaxşı;