Vəzifənin qısa təsviri: Audit və Daxili Nəzarət Departamentinin Direktoruna hesabat verir. Bu vəzifənin əsas məqsədi Qrup üzrə vahid Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (HSE) İdarəetmə Sisteminin (HSE-İS) qurulmasını və davamlı fəaliyyətini təmin etmək, ISO 45001, ISO 14001 beynəlxalq standartlarına və yerli qanunvericilik tələblərinə uyğunluğu qorumaqdır.
Funksiya PRE ekosistemi üzrə HSE siyasətlərinin tətbiqini, risklərin proaktiv idarə olunmasını, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını və ekoloji davamlılıq təşəbbüslərinin icrasını əhatə edir
Əsas vəzifə öhdəlikləri:
- Qrup üzrə HSE İdarəetmə Sistemini (HSE-İS) formalaşdırmaq, tətbiq etmək və beynəlxalq standartlar (ISO 45001, ISO 14001) və yerli normativ tələblərlə uyğunluğunu təmin etmək;
- PRE ekosistemi üzrə HSE siyasətlərinin, prosedurlarının və risklərin idarə edilməsi çərçivələrinin hazırlanması və tətbiqini təmin etmək;
- HSE risk qiymətləndirmələri aparmaq, audit və yoxlamalar həyata keçirməklə uyğunluğu təmin etmək və risklərin azaldılmasına yönəlmiş qabaqlayıcı tədbirlər görmək;
- Hadisələrin və qəza hallarının qeydiyyatını, araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etməklə təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək;
- Ətraf mühitin mühafizəsi və davamlılıq təşəbbüslərini idarə etmək (tullantıların idarə olunması, çirklənmənin qarşısının alınması, enerji səmərəliliyi proqramları);
- Bütün obyektlər və aktivlər üzrə fövqəladə hallara hazırlıq və reaksiya planlarının mövcudluğunu və effektivliyini təmin etmək;
- Bütün biznes bölmələri üzrə HSE siyasətlərini, prosedurlarını və şablonlarını hazırlamaq və standartlaşdırmaq.
- Podratçı və təchizatçıların HSE üzrə uyğunluğunu və fəaliyyət göstəricilərini nəzarətdə saxlamaq.
- Rəhbərliyin məlumatlılığını təmin etmək məqsədilə mərkəzləşdirilmiş HSE sənədləşməsini və hesabat panellərini (dashboard) idarə etmək.
- Gündəlik yoxlamalar, “toolbox talk”lar və HSE üzrə brifinqlər keçirmək.
- Podratçıların və işçi heyətinin HSE göstəricilərini izləmək.
- Uyğunsuzluq qeydlərini (NCR), korrektiv və preventiv tədbirləri (CAPA) və audit nəticələrini izləmək.
- HSE üzrə əsas performans göstəricilərini (KPI), uyğunluq və icmal hesabatlarını hazırlamaq və davamlı təkmilləşdirməni təmin etmək;
- Bütün biznes bölmələri üzrə HSE təlimləri, maarifləndirmə və davranışa əsaslanan təhlükəsizlik proqramlarını təşviq etmək.
- Əməliyyat Şirkətlərində mövcud olan HSE siyasətləri, prosedurları və idarəetmə sistemlərinin effektivliyini və uyğunluğunu təhlil etmək və auditini aparmaq;
- Əməliyyat Şirkətlərində HSE fəaliyyətləri üzrə daimi monitorinq və nəzarət mexanizmlərinin qurulmasında iştirak etmək;
- Qrup səviyyəsində HSE risklərinin azaldılmasına yönəlmiş tövsiyələr vermək.