Təsvir

Vəzifə öhdəlikləri

  • Şirkət üzrə SƏTƏM sənədləşmə proseslərinin təşkil edilməsi, aparılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
  • Təlimatların və təlimlərin keçirilməsinin təşkil edilməsi;
  • SƏTƏM üzrə daxili prosedurların, təlimatların, qaydaların və digər normativ sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • SƏTƏM rəhbərliyi tərəfindən verilən gündəlik və dövri tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək;
  • Layihələr və struktur bölmələr üzrə SƏTƏM fəaliyyətlərinin koordinasiyasında iştirak etmək;
  • Layihələrdən daxil olan SƏTƏM hesabatlarının, yoxlama aktlarının və digər sənədlərin toplanmasını, yoxlanılmasını və sistemləşdirilməsini təmin etmək;
  • SƏTƏM üzrə həftəlik, aylıq və illik hesabatların, statistik məlumatların və təqdimatların hazırlanması;
  • Risklərin qiymətləndirilməsi, JSA/JHA, Method Statement, Planların və digər təhlükəsizlik sənədlərinin yoxlanılmasında iştirak etmək;
  • SƏTƏM üzrə müəyyən edilmiş tədbirlər planlarının, tapşırıqların və düzəldici fəaliyyətlərin icra vəziyyətini izləmək;
  • SƏTƏM üzrə təlimlərin, sertifikatların və işçilərin müvafiq sənədlərinin uçotunun aparılmasını və etibarlılıq müddətlərinə nəzarəti təmin etmək;
  • Daxili və xarici SƏTƏM auditlərinə hazırlıq prosesində iştirak etmək, tələb olunan sənədləri hazırlamaq;
  • SƏTƏM üzrə iclasların təşkili, iclas protokollarının hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənilməsi;
  • SƏTƏM sənədlərinin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
  • Podratçı və subpodratçı şirkətlərdən tələb olunan SƏTƏM sənədlərinin toplanması və uyğunluğunun yoxlanılmasında təmin etmək;
  • Qanunvericiliyin, şirkətin daxili SƏTƏM prosedurlarının və tətbiq olunan standartların tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
  • Layihələrə səfərlər edərək SƏTƏM fəaliyyətlərinin yoxlanılmasında iştirak etmək.


Tələblər

Namizədə tələblər

  • Ali təhsil (texniki, mühəndislik və ya aidiyyatı təhsil üstünlükdür);
  • SƏTƏM / HSE sahəsində minimum 3 il iş təcrübəsi (tikinti sektorunda iş təcrübəsi üstünlükdür);
  • FHN tərəfindən verilmiş müvafiq Şəhadətnamə və vəsiqəsinin olması;
  • IOSH, ISO45001, ISO14001 sertifikatının olması (NEBOSH IGC sertifikatının olması üstünlükdür);
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə qanunvericilik tələblərini bilmək;
  • SƏTƏM prosedurları, təlimatlar, risk qiymətləndirmələri və hesabatların hazırlanması üzrə praktiki biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint-də sərbəst işləmək bacarığı;
  • Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə, məlumatları sistemləşdirmə və hesabat hazırlama bacarığı;
  • Məsuliyyətli, diqqətli, intizamlı və komanda ilə işləmək bacarığına malik olmaq.


Vakansiya haqqında

Son tarix

November 22, 2026

Paylaşılıb

oktyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak