PASHA Real Estate Group
Ana səhifə
/
/
/
Layihə Təslimi Şöbəsinin Meneceri

Layihə Təslimi Şöbəsinin Meneceri

Bu gün

245

Təsvir

Layihə İnteqrasiyası və Strateji Qərarvermə

  • Layihənin bütün funksional istiqamətlərinin (dizayn, tikinti, satınalma və s.) inteqrasiyasına rəhbərlik etmək, bütün mərhələlərin fasiləsiz və koordinasiyalı icrasını təmin etmək.
  • İcraçı rəhbərliklə birlikdə yüksək səviyyəli strateji qərarvermə proseslərində iştirak etmək, əsaslandırılmış rəy və tövsiyələr təqdim etmək.
  • Layihənin bütün aspektlərinin təşkilati məqsədlər və vaxt qrafikləri ilə uyğunluğunu təmin etmək üçün müxtəlif departamentlərlə koordinasiya aparmaq.

Müştəri və Maraqlı Tərəflərin İdarə Edilməsi

  • İnvestorlara, icraçı rəhbərliyə və digər C-level rəhbərlərə strateji təqdimatlar və hesabatlar hazırlamaq və təqdim etmək, layihə gözləntilərinin düzgün idarə olunmasını təmin etmək.
  • Müştəri ilə layihə komandaları arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək, müştəri gözləntilərinə nəzarət etmək və satışdan sonrakı xidmətlər və təhvil-təslim proseslərinin problemsiz həyata keçirilməsini təmin etmək.
  • Layihənin bütün həyat dövrü ərzində müştəri rəylərini, narahatlıqlarını və gözləntilərini peşəkar və proaktiv şəkildə idarə etmək.

Qüsurların (Snagging) və Defektlərin İdarə Edilməsi

  • Snagging prosesinə rəhbərlik etmək (yoxlamalar, hesabatların hazırlanması, izləmə və bağlanma), bütün qüsurların yüksək – lüks keyfiyyət standartlarına uyğun aradan qaldırılmasını təmin etmək.
  • Podratçılar, məsləhətçilər və təchizatçılarla koordinasiya edərək qüsurların vaxtında aradan qaldırılmasını və təhvilədək tam bağlanmasını təmin etmək.
  • Tamamlanmış işlərin dizayn və keyfiyyət komandaları tərəfindən müəyyən edilmiş ən yüksək standartlara uyğunluğunu təmin etmək.

Keyfiyyətə Nəzarət və Uyğunluq

  • Layihənin bütün komponentlərinin dizayn spesifikasiyalarına, normativ-hüquqi tələblərə və şirkət standartlarına uyğunluğuna nəzarət etmək.
  • Bitirmə işləri, MEP sistemləri, avadanlıqlar və qurğuların layihənin lüks tələblərinə uyğunluğunu təmin etmək.
  • Müştəri gözləntilərini aşan, premium səviyyədə – hotel standartlarına uyğun təhvil-təslim təcrübəsi təqdim etmək.

Sənədləşmə və Hesabatlılıq

  • Zəmanətlər, istismar təlimatları (O&M manuals), as-built çertyojlar və tamamlanma sertifikatları daxil olmaqla bütün zəruri layihə sənədlərini hazırlamaq və idarə etmək.
  • Dəqiq snagging jurnalları və təhvil izləmə cədvəllərini aparmaq.
  • Büdcə, vaxt, keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik, eləcə də ümumi layihə statusu üzrə həftəlik və aylıq hesabatları ali rəhbərliyə təqdim etmək.

Koordinasiya və Bağlanış

  • Layihə tamamlandıqdan sonra problemsiz təhvil və keçid prosesini təmin etmək üçün daxili və xarici komandalarla (dizayn, tikinti, FM və s.) koordinasiya aparmaq.
  • Defekt Məsuliyyəti Dövrü (DLP) proseslərinin effektiv idarə olunmasını təmin etmək.
  • PMC-lər (Layihə İdarəetmə Şirkətləri), podratçılar, məsləhətçilər və digər maraqlı tərəflərlə irəliləyiş iclaslarına rəhbərlik etmək və bütün mərhələlərin vaxtında yerinə yetirilməsini təmin etmək.


Tələblər

Tələb Olunan Təhsil və Təcrübə

  • İnşaat Mühəndisliyi, Tikinti Menecmenti, Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Qonaqpərvərlik və yaşayış layihələrində Layihənin İcra Meneceri kimi minimum 10 il iş təcrübəsi.
  • Mürəkkəb, çoxşaxəli layihələrin idarə olunması və daxili/xarici maraqlı tərəflərlə effektiv əməkdaşlıq üzrə sübut olunmuş təcrübə.
  • Snagging, satışdan sonrakı idarəetmə və lüks tikinti standartları üzrə yüksək səviyyədə bilik və təcrübə.
  • Layihə idarəetmə proqram təminatları (məsələn, MS Project, Aconex və s.) üzrə geniş təcrübə.
  • Güclü qərarvermə və risk idarəetmə bacarıqları, nəticəyönümlü və proaktiv yanaşma.


Tələb Olunan Bilik və Bacarıqlar

  • Strateji Düşüncə: Planlaşdırmadan təhvilədək bütün mərhələləri əhatə edərək yüksək səviyyəli strateji qərarlar qəbul etmək bacarığı.
  • Liderlik və Koordinasiya: Dizayn, tikinti, satınalma və digər maraqlı tərəfləri əhatə edən komandaları uğurla idarə etmək bacarığı.
  • Müştəriyönümlülük: Yüksək gözləntiləri idarə etmək və xüsusilə təhvil mərhələsində müstəsna müştəri təcrübəsi təqdim etmək bacarığı.
  • Problemlərin Həlli: Layihənin mürəkkəbliklərini və risklərini idarə etmək üçün güclü analitik və qərarvermə bacarıqları.
  • Layihə İdarəetmə Bacarıqları: Layihə irəliləyişini, xərcləri və vaxt qrafiklərini izləmək və hesabat vermək üçün idarəetmə alətlərindən effektiv istifadə bacarığı.


Əsas Kompetensiyalar

  • Detallara yüksək diqqət və keyfiyyətli nəticələrin əldə olunmasına sadiqlik.
  • Əla təşkilatçılıq, vaxtın idarə olunması və çoxşaxəli işləri paralel aparmaq bacarığı.
  • Təzyiq altında işləmək və sıx vaxt qrafiklərinə riayət etmək bacarığı.
  • Dinamik mühitdə problemlərin həlli və operativ qərarvermə qabiliyyəti.
  • Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq üçün güclü interpersonal bacarıqlar.


Vakansiya haqqında

Son tarix

March 20, 2026

Paylaşılıb

fevral 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak