PASHA Real Estate Group
Ana səhifə
/
/
/
Hesabatlılıq və Büdcələmə üzrə Mütəxəssis

Hesabatlılıq və Büdcələmə üzrə Mütəxəssis

Bu gün

32

Təsvir

PASHA Real Estate Group Maliyyə departamentinə qoşulmaq üçün Hesabatlılıq və Büdcələmə üzrə Mütəxəssis axtarır. Bu vəzifənin əsas məqsədi yüksək keyfiyyətli idarəetmə hesabatlarının və məlumat panellərinin hazırlanması, faktiki nəticələrin büdcə göstəriciləri ilə müqayisəli təhlilinin aparılmasıdır. Eyni zamanda, Qrup üzrə büdcələşdirmə, pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və maliyyə nəzarəti proseslərinə dəstək göstərilməsi, hesabatların dəqiqliyinin təmin edilməsi məqsədilə mühasibatlıq funksiyası ilə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulur. Mütəxəssis hesabatların və büdcə ilə bağlı nəticələrin etibarlı və vaxtında təqdim edilməsinə, eləcə də Maliyyə komandasının təhlillərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına cavabdeh olacaq. İdeal namizəd analitik düşüncəyə malik, detallara diqqət yetirən, müstəqil işləməyi bacaran və eyni zamanda strukturlaşdırılmış, prosesyönümlü maliyyə mühitində komanda ilə əməkdaşlıq etməyə hazır olan şəxsdir.


Vəzifə öhdəlikləri:

  • İdarəetmə hesabatlılığı: Daxili maraqlı tərəflər üçün aylıq idarəetmə hesabatlarını vaxtında və dəqiq hazırlamaq və təqdim etmək. Daxili qərarların qəbulunda istifadə olunan maliyyə məlumatlarının ardıcıllığını və etibarlılığını təmin etmək. Dövri təqdimatların və ümumiləşdirilmiş maliyyə məlumat panellərinin hazırlanmasında iştirak etmək.
  • Büdcələmə və maliyyə nəzarəti: Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq çərçivəsində illik büdcənin hazırlanması və rüblük proqnozlaşdırma proseslərinə dəstək göstərmək. Təyin olunmuş şirkətlər portfeli üzrə büdcələrin hazırlanmasında və xərclərin idarə edilməsində iştirak etmək. Faktiki nəticələrlə büdcə və proqnoz göstəriciləri arasında fərqlərin təhlilini aparmaq və əsas fərqlərin səbəblərini aydın şəkildə izah etmək. Büdcə üzrə xərcləri izləmək və kənarlaşmalarla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək. Pul vəsaitlərinin hərəkətinin planlaşdırılmasına dəstək göstərmək və faktiki pul axınlarını proqnozlarla müqayisəli şəkildə izləmək.
  • Mühasibatlıqla koordinasiya: Hesabatlar təqdim edilməzdən əvvəl faktiki maliyyə göstəricilərinin üzləşdirilməsi və uyğunsuzluqların aradan qaldırılması məqsədilə ay sonu bağlanış prosesi zamanı mühasibatlıq komandası ilə sıx əməkdaşlıq etmək.
  • ERP sisteminin optimallaşdırılması: Hesabatlılıq və büdcələşdirmə məqsədləri üçün ERP sistemindən istifadənin təkmilləşdirilməsi istiqamətində fəal iştirak etmək. İş axınlarının sadələşdirilməsi və hesabatlıq proseslərində əl əməyinin azaldılması imkanlarını müəyyənləşdirmək.
  • Funksiyalararası əməkdaşlıq: Məlumatların vaxtında əldə edilməsini və hesabatlarda uyğunluğun təmin olunmasını dəstəkləmək məqsədilə mühasibatlıq, satınalma və layihə komandaları da daxil olmaqla, daxili şöbələrlə əməkdaşlıq etmək.
  • Maliyyə modelləri və şablonlar: Maliyyə departamentində istifadə olunan maliyyə modellərini və hesabat şablonlarını qoruyub saxlamaq, mütəmadi olaraq yeniləmək və onların düzgün istifadəsini təmin etmək.

Tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • İdarəetmə hesabatlılığı, büdcələmə və ya maliyyə nəzarəti sahəsində 2–3 illik iş təcrübəsi.
  • MS Excel proqramı üzrə yüksək səviyyəli biliklər (Pivot cədvəlləri, axtarış funksiyaları və maliyyə modelləşdirilməsi) və MS Office proqramları ilə işləmək bacarığı.
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək; rus dili biliyi üstünlükdür.
  • COINS ERP və ya digər oxşar korporativ idarəetmə sistemləri ilə iş təcrübəsi üstünlükdür.
  • ACCA kvalifikasiyası üzrə təhsil almaq və ya müvafiq kvalifikasiyaya sahib olmaq üstünlükdür.
  • IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları), maliyyə hesabatları, hesabatlılıq strukturları, büdcə nəzarəti və maliyyə prosesləri üzrə möhkəm biliklər.
  • Analitik və məntiqi düşünmə qabiliyyəti, detallara diqqət və iş proseslərinə riayət etmək bacarığı.
  • Güclü ünsiyyət və interpersonal bacarıqlar, xüsusilə müxtəlif şöbələrlə koordinasiyalı işləmək qabiliyyəti.
  • Komandanın ümumi məqsədlərinə dəstək göstərməklə yanaşı, tapşırıqları müstəqil şəkildə idarə etmək bacarığı.
  • Tikinti və daşınmaz əmlakın inkişafı sahəsində maliyyə prosesləri və layihə xərclərinin strukturu barədə anlayış.
  • İş proseslərinin səmərəliliyinin artırılmasına və avtomatlaşdırılmasına yönəlmiş davamlı təkmilləşdirmə yanaşması.

Vakansiya haqqında

Son tarix

October 30, 2026

Paylaşılıb

oktyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak