Funksiya: Maliyyə
Departament: Audit və Daxili Nəzarət
Şöbə/Bölmə: Biznes proseslərin auditi
Vəzifə: Baş Auditor
Tabeçilik: Audit və Daxili Nəzarət Direktoru
Vəzifənin qısa təsviri:
Təsdiq olunmuş Departamentin Planına və Audit və Daxili Nəzarət Direktorun tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir.
Audit layihəsi çərçivəsində nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir.
Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir.
Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir.
Əsas vəzifə öhdəlikləri:
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək.
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək.
- Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq.
- Audit və Daxili Nəzarət Departamenti direktorunun tapşırığı ilə Audit və Daxili Nəzarət Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək.
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək.
- İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək.
- Audit və Daxili Nəzarət Departamentinin direktoru və ya meneceri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
- Daxili qaydalarına, proseslərinə, siyəsətlərinə, təlimatlarına ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Şirkətin əməliyyat risklərin idarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosessində yaranan risk faktorların vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.
- Şirkət tərıfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən illik hədəflərinə çatmaq
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.