Prime Cotton

Gözətçi (Saatlı)

Dünən

39

Təsvir

  • Xidmətə başlamadan öncə əvvəlki növbədəki əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır;
  • Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa — sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verməli və cəmiyyətdən aidiyyəti rəhbər personal gələnə qədər ərazinin qorunmasını təmin etməlidir;
  • Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girişində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək;
  • Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı;
  • Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır;
  • Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq;
  • Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək;
  • Cəmiyyətdə qəbul olunmuş qayda və prosedurlara riayət etmək;


Tələblər

  • MS Office (Word, Excel, Outlook)
  • Neqativ hallar zamanı rəsmi sənədləşmə qaydalarını bilmək
  • Təhlükəsizlik qaydaları və prosedurlarını bilmək
  • Word və Excel bilikləri arzuolunandır.

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

may 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı