Prime Cotton
Ana səhifə
/
/
/
Nəqliyyat qaynaqçısı (Zərdab filialı)

Nəqliyyat qaynaqçısı (Zərdab filialı)

Dünən

30

Təsvir

  • İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq, qaynaq aparatlarının, aqreqatların sazlığını və qaynaq məftillərinin izolyasiyasını yoxlamaq.
  • Elektrik və qaz qaynaq aparatlarını işə hazır vəziyyətə gətirmək və təhlükəsiz istifadəsini təmin etmək.
  • Kənd təsərrüfatı texnikalarının, qoşquların, avadanlıqların və müxtəlif metal konstruksiyaların qaynaq işlərini yerinə yetirmək.
  • Günlük iş planına və qaynaq prosedurlarına uyğun olaraq qaynaq işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək.
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq üsullarından istifadə etməyi bacarmaq və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq.
  • Qaynaq işlərinin ardıcıllığını planlaşdırmaq, istifadə olunacaq materialların ölçü, növ və sayını müəyyənləşdirərək uyğunluğunu yoxlamaq.
  • İş üçün lazım olan alət və avadanlıqların nasazlıqlarını və istismar qüsurlarını müəyyən etmək.
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək.
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və materialları uzaqlaşdırmaq, təhlükəsiz iş şəraiti yaratmaq.
  • İşləri plana uyğun şəkildə digər əməkdaşlarla koordinasiyalı şəkildə həyata keçirmək.
  • Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz şəraitdə saxlamaq və düzgün yerləşdirmək.
  • İş sahəsini tullantılardan təmizləmək, iş mühitinin təmiz və təhlükəsiz saxlanmasını təmin etmək.
  • İş vaxtının sonunda elektrik cərəyanına qoşulan bütün avadanlıqları söndürmək və iş yerini qaydaya salmaq.
  • Görülən işlər barədə rəhbərliyə hesabat vermək, daxili prosedur, təlimat və qaydalara riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Tələblər

  • Təhsil: Orta təhsil.
  • Təcrübə: Minimum 1 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili.
  • Elektrik və qaz qaynaq aparatlarının quruluşunu və iş prinsipini bilməli.
  • Qaynaq standartlarına uyğun keyfiyyətli qaynaq işləri aparmağı bacarmalı.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməli.
  • Qaynaq birləşmələri, tikiş növləri və qaynağa hazırlıq qaydalarını bilməli.
  • Elektrod və metalların növü, tərkibi və istifadəsini bilməli.
  • Qaynaq zamanı sürət, gərginlik və amper göstəricilərini tənzimləməyi və nasazlıqları müəyyən etməyi bacarmalı.
  • Müxtəlif qaynaq üsulları ilə işləmək və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq imkanı olmalı.
  • Komandada işləmək və əməkdaşlarla düzgün ünsiyyət qurmaq bacarığına malik olmalı.

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

may 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı