Anbarın fəaliyyətində yüklərin qəbul edilməsi, yerləşdirilməsi və çıxarılması proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğun olaraq təşkilinə və icrasına ümumi nəzarəti həyata keçirmək;
Tabeliyində olan əməkdaşların gündəlik fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və onlara konkret vəzifə tapşırıqlarını vermək;
Yükləmə-boşaltma proseslərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər aidiyyəti normativ aktlara uyğun olaraq operativ və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək;
Məhsulların partiya, növ və keyfiyyət səviyyəsinə uyğun olaraq çeşidlənməsi və sistemləşdirilməsi proseslərinin düzgün icrasına nəzarət etmək;
Anbar əməliyyatlarının fasiləsiz və düzgün aparılmasını təşkil etmək, müvafiq daxili prosedurlara riayət olunmasını təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətinin nəticələrini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə hesabat təqdim etmək;
Daşınan məhsullarda uyğunsuzluq və ya zədələnmə halları baş verdikdə, müvafiq aktlaşdırma prosesində iştirak etmək və müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək;
Xüsusi şərtlər tələb edən təhlükəli yüklərin aidiyyəti üzrə müəyyən edilmiş ərazilərə düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə nəzarət etmək;
İşçi heyətinin anbar daxilində daxili qaydalara, təlimatlara, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına riayət etməsini təmin etmək;
Gündəlik tapşırıqları hazırlamaq və əməkdaşlar arasında iş bölgüsünü optimal şəkildə həyata keçirmək.
Anbar fəaliyyətinə dair hesabatların düzgün və vaxtında aidiyyəti struktur bölmələrə təqdim olunmasına nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarının tətbiqi və bu sahədə müvafiq tədbirlərin icrasına nəzarət etmək;
Müəssisənin daxili intizam qaydalarına əməkdaşların əməl etməsini təmin etmək və əmək intizamının qorunmasına nəzarət etmək;
Texniki avadanlıqlardan düzgün istifadə olunmasını təmin etmək, icazəsiz istifadənin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görmək;
Qablaşdırma materiallarında aşkar edilən zədələnmə və ya çatışmazlıq halları barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
Anbar sahəsində çalışan əməkdaşlara və anbardarlara konkret göstərişlər vermək, tapşırıqların vaxtında və düzgün icra olunmasına nəzarət etmək;
Fəaliyyət zamanı sağlamlıq və təhlükəsizlik standartlarına riayət edilməsinə nəzarət etmək, bu sahədə zəruri tədbirlərin görülməsini təmin etmək;
Anbar daxilində istifadə olunan texniki vasitələrin və cihazların düzgün istismar olunmasını təmin etmək və onların işlək vəziyyətdə saxlanmasına nəzarət etmək.
Tələblər
Təhsil:
Ali təhsil
İş təcrübəsi:
Anbar sahəsində minimum 1–2 il iş təcrübəsi
Biliklər:
Anbarda təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları üzrə biliklər;
Yükləmə-boşaltma işlərinin təşkili və aparılması qaydaları haqqında biliklər.
Fərdi keyfiyyətlər və bacarıqlar:
Komandada işləmək bacarığı;
Müxtəlif iş vəziyyətlərinə tez uyğunlaşmaq bacarığı (çeviklik);
Təşəbbüskarlıq və yeni ideyalar təklif etmək qabiliyyəti;
Məsuliyyətlilik;
Dürüstlük və etibarlılıq;
Problemlərin həllinə yaradıcı yanaşma.
Xarici dil bilikləri:
Rus və İngilis dili biliyi arzuolunandır
Kompüter bilikləri:
Microsoft Office proqramları üzrə iş bacarığı (Word, Excel, Outlook və s.);