Prime Cotton
Ana səhifə
/
/
/
Aparıcı hüquqşunas(Mingəçevir)

Aparıcı hüquqşunas(Mingəçevir)

Bu gün

10

Təsvir

  • Şirkətin və onun struktur bölmələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
  • Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
  • Şirkətin fəaliyyətindən irəli gələn hüquqi riskləri müəyyən etmək, təhlil etmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Korporativ idarəetmə ilə bağlı sənədlərin (qərarlar, protokollar, etibarnamələr və s.) hazırlanmasını təmin etmək;
  • Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaları və münasibətləri idarə etmək;
  • Şirkətə daxil olan hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
  • Hüquqi dəyişiklikləri və qanunvericilik yeniliklərini izləmək, aidiyyəti struktur bölmələri məlumatlandırmaq;


Tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Korporativ hüquq, kommersiya hüququ və ya müqavilə hüququ sahəsində minimum1- 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, əmək, vergi, korporativ və kommersiya qanunvericiliyi üzrə dərin biliklər;
  • Müqavilələrin hazırlanması, ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;
  • Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması və müraciətlərin hazırlanması bacarığı;
  • Korporativ idarəetmə sənədlərinin hazırlanması və hüquqi müşayiəti üzrə təcrübə;
  • Hüquqi rəy, arayış və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyi üstünlük hesab olunur;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, yüksək məsuliyyətlilik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Danışıqlar aparmaq, problemləri hüquqi müstəvidə həll etmək və qərarvermə bacarığı;


Vakansiya haqqında

Son tarix

October 7, 2026

Paylaşılıb

sentyabr 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq