Prime Cotton
Ana səhifə
/
/
/
Baş nəqliyyat mexaniki (Yevlax)

Baş nəqliyyat mexaniki (Yevlax)

27-07-2025

215

Təsvir

  • Filialın mexanizasiya şöbəsinə rəhbərlik edir, işin planlı və effektiv təşkili üçün cavabdehdir;
  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki cəhətdən düzgün, fasiləsiz və etibarlı istismarını təmin edir, onların saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
  • Gündəlik baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
  • Təmir üçün zəruri ehtiyat hissələrini və materialları müəyyənləşdirir, sifariş verir və uyğunluğunu yoxlayır;
  • Təmir və istismar proseslərinə dair sənədlərin hazırlanmasını təmin edir;
  • Texnikaların modernləşdirilməsi və təmir işlərinə texniki nəzarət həyata keçirir;
  • Avadanlıqların köhnəlmə dərəcəsini qiymətləndirir və təmir planlarını tərtib edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir;
  • Texnikaların iş keyfiyyətini artırmaq üçün səmərələşdirici təklifləri qiymətləndirir və tətbiqinə dəstək verir;
  • Nasazlıqların dəqiq təyin olunması üçün işçi heyəti ilə koordinasiyalı şəkildə çalışır;
  • Dövlət qurumları ilə texniki qeydiyyat, nəzarət və sənədləşdirmə işlərini icra edir (məsələn: yol polisi, nəqliyyat yoxlaması, hərbi qeydiyyat və s.);
  • Təmir prosesini ardıcıl şəkildə planlaşdırır və icrasına nəzarət edir;
  • Texniki təlimatlara əsaslanaraq lazımi məlumatları əldə edir və tətbiqini təmin edir;
  • Təmir proseslərini sənədləşdirir, protokollaşdırır və gələcək qulluq üçün müvafiq heyətə ötürür;
  • Təmirə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırır.

Tələblər

Ümumi idarəetmə və nəzarət:

  • Tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarət etməli və onların işlərini koordinasiya etməlidir;
  • İşçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmələrini təmin etməli və bu sahədə nəzarətçi funksiyasını yerinə yetirməlidir;
  • İstehsalat prosesində aşkar olunan hər hansı texniki və ya təşkilati çatışmazlıqlar barədə operativ şəkildə rəhbərliyə məlumat verməlidir;
  • Bu vəzifə üzrə nəzərdə tutulmuş fəaliyyətlərin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər irəli sürməlidir.
  • Kommersiya sirri hesab edilən məlumatların məxfiliyini qorumalıdır.

SƏTƏM və daxili prosedur:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) qaydalarına əməl etməli, bu sahədə keçirilən məcburi təlimlərdə iştirak etməlidir;
  • Əməyin təhlükəsizliyinin təmin olunması məqsədilə bu vəzifə üçün nəzərdə tutulan xüsusi geyim formalarının və təhlükəsiz iş şəraitinin yaradılmasını tələb etmək hüququna malikdir.

Təşkilati bacarıqlar və hesabatlılıq:

  • Gündəlik və planlı hesabatların dəqiq və vaxtında hazırlanmasını təmin etməlidir;
  • Texnika və nəqliyyat vasitələrinin təmiri üçün tələb olunan ehtiyat hissələrinin vaxtında və düzgün şəkildə sifariş edilməsini təmin etməlidir.

Vakansiya haqqında

Son tarix

August 26, 2025

Paylaşılıb

iyul 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı